Gəncüm ağa, vilayətin dərdiniƏlbəttə get sahibkara ərz eləBiz burda qorxudan deyə bilmirikSən utanma, aşkara ərz elə

Özün Divanbəyi dutduqca dilinGərəkdir deyəsən dərdini elinDutalım padşaha çatmır əlinQubernata ya Sərdara ərz elə

Dağıtdı ölkəni qəttaül-təriqBir ləhzə qovğadan olmuruz fariğBir tərəfdən Qanlı, bir yandan sariqSalıbdır bizləri dara ərz elə

Qorxudan malımızı güdə bilmirikƏrzimizi sərkəsə edə bilmirikBu kənddən o kəndə gedə bilmirikElə kəsilibdir ara ərz elə

Qoyublar iş üstə hər əqli kəmdənTəvəqqe eyliyir görən adamdanQalmışız müstəğriq dəryayi-qəmdənÇıxaran yox bir kənara ərz elə

İndi xalq içində əcəb nizam varHesab tərk olub, aləm aşkarOğru mal sahibin edər günahkarYetişəndə Mourovlara ərz elə

Soyurlar adamı, yoxdur yasağıGeyinib müstəğriq, minib qısrağı

Qapıqın ağzında gün orta çağıÇəkiliblər bir kənara ərz elə

Olub düşməni-can həqiqi dostlarEhtiyatən hərə bir yabu bəslərO sən görən mallı dövlətli kəslərMöhtac olub bir dinara ərz elə

Sanmayın bunlar ölkə fikrinə qalırAncaq Kəbə Kiçim yığır rüşvət alırGələn tək mahala yetini çalırDönüblər Mourovlar mara ərz elə

Olub iş sahibi hər rixi yavaGədiyə küdiyə verübdür havaTərk olmaz mə'rəkə, kəsilməz dəvaDüşmüşüz yanırız nara ərz elə

Qorxuram naçalnik düşə bühtanaÇünki xalqi-aləm yetibdir canaBaş götürüb gedək hərə bir yanaQoymasa bu karü bara ərz elə

Gəl sənə göstərim yerin işlərinDərin dəryalardan dərin işlərinDemək olmaz yüzdən birin işlərinBildiyindən sən bir para ərz elə

Nə oğru, nə xain, nə hiyləkarızHa belə vətənin tərkin eylərizEl-gilə baş götürüb gedərizHər birimiz bir diyara ərz elə

Qoynunda burnutu əlində çəlikDanışsın mərdanə Kəxa və Məlik

Ya bizləri təmam dönsün naçalnikYa eyləsin dərdə çarə ərz elə

Şuşulu yerimi aldı zor ilənÇıxmadı nə qədər ərzə verdim mənQarabağı necə eyləsin vətənMənim kimi günü qarə ərz elə

Müxtəsər ki çıxıb ölkənin itiSübhədək qovurub yerlər ətiQarabağın olan malı dövlətiÇəkildi Şirvana Çara ərz elə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland