Zakira, eşitdim təzə bir xəbərHəqiqətdə qoydu məni xeyli matZahira ki, seçirlərmiş QaladaTərəf-tərəf olub bəylər deputat

Ol söhbət olub aralarındaKimi dayaz girib, kimi dərindəHər kimin yox imiş ağlı sərindəHərzə-gülük edib, danışıb ifrat

Çağırıb ediblər hamıya xəbərYığılıb bir yerə təmam sərbəsərKimi hünər deyib, kimi xeyr-şərAralıqda olub söhbət bi-isbat

Görübdürlər söhbət səfməz otağaYığılıblar ordan gediblər bağaKimi yuxarı deyib, kimi aşağaBu mənzildə məncər tapıb ixtilat

Sonra baxmayıblar haqqa, insafaBasıbdırlar sözü lafa-gəzafaTaki ərz edəndə işi QrafaÇıxarıb onları otaqdan soldat

Bir parası mümtaz edib CəmalıQədimi adamdır hər işdən halı

Bir parası deyib yoxdur kamalıRəhim bəydir edən həll müşkülat

Biri deyib var Cəmalın tədbiriRəhim bəyi görüb şayistə biriGöndərdilər Rəhim bəyi, NəsiriGet di naçalnikə, etmə ehtiyat

Bu əhvalı bilən kimi naçalnikOturmuş qeyzə gəlib durub dikDeyib vəkillərə: sizin bu iblikMən bilirəm olacaqdır yenə vinovat

Deyirəm sizlərə söz bu dur həminYetişməz bir yerə danışsalar minBundan sonra adam olardan yəqinDaxi istəməzlər mədamül-həyat

Bir olmadı çünki sözü onlarınBatdılar içinə kərəninHökmü bizə belə idi SərdarınGöndərək bir adam olmaya bədzat

Yığılıban o gün təmam oldu çarQarabağda olan sahib ixtiyarQarışıblar bir-birinə nə ki varGuya ki olubdur ruzi-ərəsat

Kimisi dəvanı yetirib minəKimisi qoymayıb bir adam dinəKimisi deyirmiş qayın atasınaÇaşıbdır tədbirin, get evində yat

Həyra vurub təmam böyük və kiçikKimi yalan deyib, kimisi gerçəkNaçalnik arada qalmış imiş təkO heys bəhsdə gəlib qubernat

Çinovniklər işdən olan tək halıDeyib qubernata təmam əhvalıSordu kimdir edən bu qalmaqalıDedilər vardır bir neçə qələt

Bəzisi laf urub döyüb döşünəBəzisi deyir mən getmişəm qoşunaUrus görüb danışırlar başınaDalalarınca deyib mat

O sən görən sahib nişan bəylərinDövləti həddindən aşan bəylərinGəl indi tədbirləri çaşan bəylərinƏhvalına ağla olmuşlara bat?

Gör haraya çəkiblər bu kəşakəşiQalmayıbdır vilayətdə bir kişiYetiriblər o gün bir yerə işiGəlib tamaşaya təmam türk və tat

Müxtəsər ki düşüb hər biri cəngəSatıblar kişilər imanı dəngəOluban müstəğriq əsbabi-cəngəKimi qılınc çəkib, kimi minib at

Hər birindən gəlib bir tövr sədaKimi deyib adam kimdir dünyadaKimi laf urub ki mənəm bəyzadəOlmuşam çinovnik göstərib isbat

Yox ehtiyatım nə badiyə nə bəngəGəl Dağıstanı gətirdim təngəO mənəm ki hər vaxt girəndə cəngəQorxumdan cəngələ girdi Həmzat

Təmam krallarda olmuşam məşhurQoymanam ki qalsın işimdə qüsur

Bir tövr danışır guya ki budurHakim Qəndəhar, sultan Herat

Gör neçə kişilər keçib əməldənTərəfi-uqbayı salıblar əldənBu qədər dəvadan, cəng-u cidaldanHeç birinə xeyir olmadı bir manat

Olmayıb o vədə neçə kardanDeyə var bu sözdən sizlərə nüqsanİlə danışırlar hərzə və hədyanGuya ki kişilər yeyibdir babat

Qubernat gedəndən sonra ŞirvanaEyləyib bir para söhbət canaDağılıban girib hərə bir yanaQaldı müəvvəqdə nizami-umurat

Bir din olmayıb bu pis əməldirEləməyin dövlətinizə zərərdirCəngəl məkan Zülfəlidən xəbərdirYekdir Qarabağda kişidən övrət

Sən deyirdin bunlar seçilməzlər ağBir-birilə hələ uşaq sən uşaqQarabağ bəyləri olmaz ittifaqMən demədim sənə kərat-mərat

Qoşuluban Arançının gücünəGərək indən belə gedək biçinəElə dar işin içinəTəmizlənməz onu şət ilə Fərat

Vilayətdə Urus olub ixtiyarEyləyib bir bina yoxdu görən karTəmam işlər olub cahilə bazarHeyf bu vilayət, heyhat, heyhat

Birisi var min söz danışır canaÖzünü bərabər tutmur xanaBir tövr çırmanıb girib meydanaGuya qarışmağa gəlibdir Nəbat

İş mühəvvəl olub oğul-uşağaGetməsin xəyalın özgə siyağaUca şanlı bəylər düşüb torpağaOlubdur dənilər ali dərəcat

Çünki ələ alıb əqllilərinTəmam içinə kərəninXəsm olsun canına mərdümazarınYasin həl əta surəi-bərat

Olub kari-aləm bir özgə siyağDolanıb qərinə olub baş ayaqQırqovul pilava eyliyir dimağO kəslər ki tapmırdı iç alat

İndilər görünən bir özgə kardırHər bəni-adamın bir fikri vardırHər kim ki muzidir mərdümazardırGörüm puça çıxsın, tapmasın nicat

Mülk Qarabağda tapmayıb çörəkGəzincə arada misal dəlləkDəli şeytan deyirsəndə Daşdı təkBir köçək gəlin tap ərindən boşat

Qılıncın dəstəsindən qapıqlanAxtar bir iş özün üçün tapıqlanQurtzaman tək vilayəti çapıqlanSənə də ver hər zaman Tiflisə qəzat

Mən özüm Övlad Pənah ƏliyəmKeçən qəziyyədən yeksər halım

Təmam aləm tanır SarıcalıyamNə kürdəm, nə ləzgi, nə türkəm, nə tat

Gəl Qarabağa olub mehribanGətirdikcə dövlət eylədi ehsanBizlərə düşəndə xan və alişanİşıqlı dünyanı eylədi zülmat

Uyubdurlar bir yalançı hərzəyəÇalır hər biri dönüb kərzəyəAnın üçün başmaqçıya dərziyəDaxil düşər bəylər əlində sovqat

Bir neçə Eyvəliyə olub ixtiyarOnu da xəbərdar edib xəznədarOl axır dörd bi-məsrəf evim varOnu da söhbətə salıbdır palat

Bu əyyamın yoxsulu da bayı daDəyildir qoyublar bu bir qaidəBelə hədyan sözdən nədir faydaAxır sözdə gərək olsun həsənat

Yəqin olsun sənə mən olum nəməkSərfə sənindir nə lazım deməkBu sözlərin qiyməti dir bir qəpikMəbada durasan alan olsa sat

Az qalıbdır çıxsın əflakə naləRəiyyətimi düzər bu al-ha ələEdənlər? Artırıb ilə həvaləÇaparxana qızıl pulu təhmilat

Gərək o söhbəti qil-qalı mənBilməmişdim indi oldum halı mən

Yazıban müfəssəl bu əhvalı mənGöndərəm Petrə gedəndə qəzat

Yoxdur ərzə yetib eyləyin divanOğrı vilayəti eylədi viranÇıxıb əldən qalan yekə LənbəranÇapılıbdır yeksər Hind arxı Biyat

Kişilər var idi xan əyyamındaEyləşmişdi hər kəs öz məqamındaBeş yüz nəf olurdu hər kəlamındaHanda idi anda belə həşərat

O cümlədən biri Mulla KəlbəliDüzbin Xan Məhəmməd hər işdən halıƏfşar Mirzə Təqi, Şeyx DünyamalıMəsləhət görərdi daimül-övqat

Giryədir sənəti daim məhzununBadiyədir mənzilgahı MəcnununBelədir adəti bu dəhri-dununKimidə toy olur, kimidə xeyirat

Çünki tuli-süxən olur dərdisərHər kim ki oxuyur eyləsin əzbərOndan ötrü bunu yazdım müxtəsərSonra məlum olur baqi mühəmmat

Şakira, sal əldən bu ixtilatıCəhazla bəiri yer ilə atıGəldi əcəl peyki, götür sovqatıHəngami-səfərdir axtarma həyat

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets