Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parça
Bunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olmaEhtiyat ilə dolan mürşidinə ağ olmaSən də Atanın kimi çox hərzəvü yanşaq olmaEy xətadidə uşaq həcv edəməz pirani
Mirzə Adı Gözəl ilə bəlli bundan sabiqƏmir Aslan idi bədkar, lündü fasiqO idi mülk Qarabağda həcvə layiqİndi nahaq yerə bu sürçək ayaq nabalıqElədi məhz fəramuş Əmir Aslanı
Bir din yoxdu vilayətdə ki oğlan sənə nəO Cavanşir ü Cavanşir Əmir Aslan sənə nəElədi mədh anı ya söylədi hədyan sənə nəLənət olsun sənə ey şair meykədan sənə nəKi deyirlər satışır hər yetənə filanı
Yetmiş idi mənə çoxdan şüəralıq xəbərinGözləyirdim ki haçan ta ola zahir əsərinİndi əfsanənin ilə oldu müşəxxəs hünərinNə təəccüb yeri var bunda ilə təxmi-xərinOlur əlbəttə sənin kimi münasib xanı
Eşşəyin kər axurın sim ilə təmir edəsənQarnını kişmiş ilə şam və səhər sir edəsənÇulunu atlas və ya tərməyi-Kəşmir edəsən
Zərri-xalisdən ona noxta vü zəncir edəsənQədr ü qiymətdə gənə andan olur ərzani
Demək olmaz yüzünə çox adamın hər söziniÇoxları pərdə çəkib sirlərin örtər yüzünüTəxm Kibirlü gərəkdir danışa xər sözünüAğzına alma, gədəsən, zər ü zivər sözünüDüşsə hər yerdə sözü, sal yadına palanı
Tə'n müflislik edibsən mənə sən ey əclafBu sözü bir də desən mən cırarım ağzınkı safAt ilə eşşək edə bəhs deyil bu insafXəri-İsa eyləgər Məkkəyə yüz kərə təvafƏmr müşküldü tapa mərtəbeyi-insani
Nə münasib alasan zat sözün ağzına sənAndan ötrü ki lünd zatınızı çoxdu görənŞərh ü təqrir nə hacət ki qılım bir dəxi mənSiz bizim əsl ilə gəlməzsiniz ey eşşək tənÖrmüşüz ruzi-əzəl başınıza noxtanı
Görmin kimdir oların sizi fərmanındaDüş bər düş sərasər dərü divanındaYüzü qoylu sürünən dəhliz ü eyvanındaZatınız zatımızın ilə gəzib yanındaNecə kim it görəcək sahibini şərmani
İstəmən birdə bu bədkar ü bəd etvarı görümTəndxu fahişərü biğəm ü biarı görümBihəya bisərüpasaxt dil azarı görümNist ü nabud eyləsin tezlik ilə Tarı görümZatımız adını hər yerdə deyib loğanı
Xəlqi dilgir edəni Haqq özü dilgir eylərBəzisinə tezlik ilə bəzi sənə dir eylərBəd dua adəmə axır belə təsir eylər
Pənah Allaha, Pənah görəncə təqrir eylərƏliyar oğlu ilə Sarı Səkil madyanı
Mən sizə dəyməz idim sən məni məcbur etdinXaneyi-sohbətimi tazəcə məmur etdinƏmir Aslan idi mənzur anı dur etdinBilmərəm heç sən ey Xuli nə mənzur etdinKi bu boş başına açdın bu böyük qovğanı
Mən idim həcv qılan illəri bundan əvvəlYox idi həddi mənimlə tuta bir kimsə cidalQocalıq imdi salıb gəlişin eyşimə xələlAnlayıblar ki bu işdən usanıb çəkmişəm əlHər quduz cövlan edər xali görüb meydanı
Bir belə şuğlu Xudadan mən özüm istərdimTa məgər cuşə gələ kürə tək sərdimŞükürlə ki bu dərd oldu dəvayi-dərdimBir neçə bənd sərasimə yazıb göndərdimKi əcəl versə əman dalı gələr Tulanı
Bilməmişəm bişərəf ustadınkı danmaq olmazYüz danışsa sözünün birini qanmaq olmazRəsmdir anlara oğraşlıq utanmaq olmazDəxi bundan belə əl çəkmək usanmaq olmazQıl xəbərdar anı ta ki tanısın Babanı
Kitabxana.az · https://kitabxana.az/en/works/sakir-qarabagli-mehdi-beye-yazdigi-mufessel-hecvden-bir-nece-parca
Use ← → keys to move, R for a random poem
More by this author
Gəncüm ağa, vilayətin dərdiniƏlbəttə get sahibkara ərz elə
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
İmirlu Əmir Aslan haqqında söylədiyi həcvAğlının qan Cavanşir Əmir Aslan gəlirMərd ü mərdanə olub azim meydan gəlir
Ey aləm, Şəki, arif, QırağEy aləm, Şəki, arif, QırağTəmam əhli-ərş sakin Bozdağ
Poems by other poets
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Az gəlirSənin eşqin üçün inan, ey mələk,Ölməyə hazıram mənə az gəlir.