Az gəlir
Sənin eşqin üçün inan, ey mələk,Ölməyə hazıram mənə az gəlir.Oturub gecələr bəzən sübhədək,Şerlər yazıram, mənə az gəlir.
Bir sənsən deyirəm ömrümün şahı,Üzün ay misalı, boyun sürahi,Oğrun baxışım, çəkdiyin ahı,Min yerə yozuram, mənə az gəlir.
Canım sənin üçün qoy getsin bada,Səndən uzaq olsun təki qəm-qada,Əzizim kim varsa inan, dünyada,Qəlbimdən pozuram, mənə az gəlir.
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-az-gelir
Use ← → keys to move, R for a random poem