Söyüd
İsti yay günündə bir söyüd altdaUzandım bir qədər dincəlim deyə.Məni görən kimi kölgəliyindəBaşladı yarpaqlar yaman əsməyə.
O, yaşıl söyüdə nə oldu görənNiyə küyə düşdü o, nədən qorxdu?Sərin kölgəsində uzananda mənKülək əsməyirdi, tufan da yoxdu.
Haça yarpaqları qəşəngdi, lakin,Bir üzü yaşıldı, bir üzü ağdı,Bir şeyə iki üz verən təbiət,Məni fikrə çəkdi, heyran buraxdı.
Baxdım mən söyüdə heyrətlə baxdım,Yarpaqlar pıçhapıç pıçıldaşırdı.Barsız iki rəngli bu yarpaqlaraGizli pıçıltılar çox yaraşırdı.
Durdum qəmli-qəmli düzəldim yola,Dedim: – açıq olar hər sözü mərdin.Ayağın olsaydı bu pıçhapıçla,Yüz illik dostları düşmən edərdin.
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-soyud
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Gördüm o gözəl türrəni rüxsar arasındaGördüm o gözəl türrəni rüxsar arasında,Bənzətdim onu əfiyə gülzar arasında.
ای به جلال تو شرف، قدرت ذوالجلال راگشته کمال تو گوا، قادر پر کمال را
Müxəmməs: Göstərdi mənə dün biri bir qaşı hilalıGöstərdi mənə dün biri bir qaşı hilalı,El bir-birinə mahi-nəvi eylər kimi hali,