İgid ölmür
Yurduma bahar gəlibƏynində yaşıl donu.Quşlar nəğmələriyləQarşılayırlar onu.
Dağlardan qalxır duman,Meşələrdə çən olur.Bahar vaxtı təbiətGözəl olur, şən olur.
Göydə bulud toqquşur,Şaqqıldayır ildırım.Yerdə torpağa bax birSinəsi şırım-şırım.
Tarlada adam doluBir iş görür hərəsi,Eşidilir uzaqdanTraktorun nərəsi.
Lalələr qıpqırmızıYanaq kimi pörtüşür.Nəğmə deyir cavanlar,Çölə, düzə səs düşür:
Gəldi bahar,Coşdu sular,Budaq üstə qondu quş.Əlli-qolluinsan oğluAlnı açıq, yaşamağadoğulmuş!Deyək, güləkAzad əmək
Üzümüzü etsin ağ,Anamızdır,canımızdır,Əzəl gündən bu təbiət,bu torpaq!
Dağlar aşsın,Qoy dolaşsınBu nəğməmiz dünyanı,Doğma diyarYüz yaşadarƏmək sevən, deyib-gülənİnsanı!
...Nəğmə axır, havalanır,Səs yayılır hər yanaNə olmuşdur arx üstündəTək oturan oğlana?Nə ətrafa salır nəzər,Nə mahnını dinləyir,Məgər bahar gəldiyiniO görməyir, bilməyir!..
...Çinar fikrə gedibdirƏlləri çənəsində,Görəsən nə dinləyirAxan suyun səsində?Dikilibdir gözləriMeşələrə, dağlara,O baxır uzaqlara.Uca dağlar baş-başaYamaclar yaşıl, əlvan.Çəkilməyir göydən heçQara bulud, ağ duman.Göy sulara sallanıbCərgə-cərgə söyüdlər.Çinar fikrə gedibdir,Xatırlayır: bir səhər
Bax, burada, bu yerdəOnlar ayaq saxladı.Sirac nə söylədisə,Sənəm yaman ağladı.Sonra da hər ikisiÇinarı qucaqladı.Deyin, hardan anlayırBeş yaşında bir uşaqAtadan ayrı düşmək,Yol üstündə öpüşmək,Bu son görüşmək nədir?Deyin, hardan anlayırÇinar, nədir intizar?Nə bilsin ki, çağırırAtasını bu yollar.
Nə bilsin bu hıçqırıqayrılığın səsidir...Uşağın, bir şirin söz,Bircə alma bəsidir.
Deyin, hardan anlayır?Çinar sandı ki, SiracAnasını danlayır,O da baxıb ağladı,Sənəmi qucaqladı...Atasından küsdü də,Ona acığı tutdu,Ətəyilə SənəminGöz yaşını qurutdu.
Onlar belə görüşdüSirac yola düşəndə.Sənəm Çinarla döndüDolama yolla kəndə.Onlardan kəsilmədiQonşuların ayağı.
Hər gələn bir dil iləDanışdırdı uşağı.Sənəmə ürək veribÇox dil-ağız etdilər,Gecə oldu, qonşularEvlərinə getdilər.Siracın yatağındaÇinar yatdı bu gecə.Kişi kimi uzandıUşaq lap əməllicə.Özünü Sirac kimiBöyük kişi sandı o,Nə qəm-kədər anladı,Nə ayrılıq qandı o.Sirac evdən gedəliNeçə həftə ötüşdü.İndi hər gün ÇinarınSirac yadına düşdü.Şıltaq etdi, dözmədi,Darıxdı uşaq yaman.Bir yolluq atasınınƏl çəkdi yatağından,Dedi: – Ana, yatmıramAtamın yerində mən.Özü gəlsin, dincəlsinÖz yerində bu gündən!Sənəm bağrına basdı,Uşağı dilə tutdu.O da ana qoynundaŞıltağını unutdu.Siracın ilk məktubuGəlib çıxdı bir səhər.Ana-bala bütün günŞadlanıb sevindilər.Amma, Çinar bilmədiBu şadlıq nə üçündür?Atası evdən gedib,Gəlməyir neçə gündür,Elə kağız göndərirOnlara beş gündə bir,Sanki, o heç ÇinarıGəlib görmək istəmir?
Beləcə keçdi günlər,Dolandı aylar, illər,İki yol əvəz etdiFəsilləri fəsillər.İki dəfə ağaclarYaşıl geydi, verdi bar.İki dəfə yay ötdü,İki dəfə qış, bahar,İki dəfə isti də,Sərin də, qar da gəldi.İki dəfə uzağaUçan quşlar da gəldi,Amma Sirac gəlmədi!Söyləmədi: – "Dur, oğlum,Qapını aç!" – gəlmədi.Xeyli vaxt atasınınŞəkiliylə danışdı,Danışdıqca pis olduUşaq qəlbi alışdı.
Bəzən yaman deyindiKüsdü, hamıdan küsdü,Çəkilib bir kənardaGizli dodaq da büzdü.Gün oldu danışmadı,Yemədi, fəğan etdi.O, dərdli anasınınÜrəyini qan etdi.Uşaq dərdə dözmədi.Yenə də əl üzmədi.Günü-günə caladı,
Ayları ilə döndü.Uşağın xəyallarıBaşsız bir yelə döndü.Çinar fikir içindəNə dindi, nə danışdı.Onun uşaq ürəyiMin həsrətlə alışdıNeyləsin ki, qəlbindəDərdi vardı bir aləm;Oxunurdu uşağınGözlərində kədər, qəm.Bəzən də atasındanƏli tamam üzüldü.Bəzən fikir içindəDodaqları büzüldü.Hərdən çəkib başınaYorğanını gizlicə,Ürəyində SiraclaSöhbət etdi, gör necə.Düşünərdi: atasıQayıdacaqdır daha...Yenə ümid edərdiAçılacaq sabaha.Günlər, həftələr, aylarBir-bir belə ötərdi;Tükənmək bilmədi heçKiçik Çinarın dərdi.Sizə Kimdən söyləyim,Çinarın atasından;Ulduzlu papağından.Qayışlı çantasından,Əynindəki şineldən,Əlindəki tüfəngdən,Sinəsində çırpınanArzu dolu ürəkdən.Qəzəbli gözlərindən,Alovlu sözlərindən,
Əsgər olduğu sizəDeməsəm də bəllidir.Burda insan ömrünüDəqiqələr həll edir.Göydən yağış yerinəAlov, qurğuşun gəlir.Sanki axan çay deyil,Dalbadal qoşun gəlir.Dörd tərəfə baxırsanQırmızıdır çöl, çəmənBunları əvvəlcə sənLaləyə bənzədərsən.Lalə deyildir amma,İnsan qanıdır, bu qan.Axıb ana torpağaMin əsgər yarasından.Sirac da biridir, buƏrlərin, əsgərlərin.Ürəyində həsrəti,Arzuları var dərin.Dilində bir vətəndir,Bir Sənəmdir, bir Çinar.(Nahaq öz atasındanŞikayət edir – Çinar).Düşündükcə onlarıƏhvalı yaman olurAh çəkir, elə bil ki,Ahı da duman olur.Sirac gündə düşməninBaşına od ələyir,Bəndləri, süpərləriDağıdır, yox eləyir.Qıy vurub səngərlərinÜzərindən adlayır;Şirin-şirin arzularYada düşəndə bəzənÜrəyini odlayır.
O düşünür: "OğlumunÇatıbdır məktəb yaşı.Böyüyübdür, çoxalıbİndi dostu, yoldaşı.Dərsə gedir indi o,Yazı-pozu da bilər.Ölməyib sağ qalarsamLap öz məktubu gələr.Ah, Çinar, bircə oğlum,Tez böyü, dirçəl oğlum!Qoy mənə gəlsin qadan!Geri dönsəm davadan,Mən bilirəm neylərəm,Gəlsəm evə söylərəm...Dönməsəm, bircə oğlum.Tez böyü, dirçəl oğlum!Qoy ömrün uzun olsun,Ananda gözün olsun.
Bilirəm ki, dəcəlsən,Bilirəm ərköyünsən!Amma əsgər oğlusanÇinar balam, bu gün sən.
Unutma evimizdəİndi bir sənsən kişi,Kişi ağılla görərƏziz balam, hər işi..."
Bu fikirlər SiracınBaşından kənar olmur.Amma dönüb heç biriSənəmlə, Çinar olmur...
Bir gün oldu SiracınArzuları qırıldı.Döyüş vaxtı döşündənİgid əsgər vuruldu.
O, Vətənin, Sənəmin,O, Çinarın yolunda,Milyonlarla Çinar təkÖvladların yolunda.Təkbaşına dağıtdıQarşıdakı səngəri,Amma dönmədi geri.
Hücum etdi bir qoşun,Yağdı sel tək qurğuşun,Güllələr deşdi onu,Canından keçdi onun,Təkbaşına dağıtdıQarşıdakı səngəriÇəkilmədi o, geri!Can verəndə bircə yol:– Ölürəm... Çinar, – dedi.Sonra da kəsik-kəsik– Əlvida...dost...lar, – dedi.Yoldaşları, dostları,Bir çinarın altında,Yarpaqların altındaOna qəbir qazdılar.Üzərində "Əlvida,Əziz Sirac!" yazdılar.Sonra keçib hücumaİrəli cuma-cumaSellər kimi coşdular,Şir kimi vuruşdular.Cəbhələri yardılar,Siracın mərd adınıDöyüşə apardılar.Səhərdən ÇinarFarağat deyil.Dərsə gedəcək,Zarafat deyil.Hey bəzək verir
Özünə Çinar:– Ana, yaraşırMənə bu paltar?– Yaraşır, bala,Boyuna qurban.Di soyun daha,Çox yorulmusan.– Bax, kitablarımçantaya olmur,Yarısı dolur,Yarısı dolmur.Gülərək deyirOğluna ana:– Hamısını sənYığma çantana.Neyləyirsən ki,Onları birdən?QaldırammazsanÇantanı yerdən.Bir "Əlifba" qoy,Bir neçə dəftər.Bax, bunlar sənəBu günlük yetər.Di, gecdir soyun,Yataq, dincələk.Səhər məktəbəGedəsən gərək.Dinməz-söyləməzSoyunur ÇinarAna qəlbindəGörün nələr var:
Dərd içində ağlayırÜrəyinin yarası,Yeddi yaşındadır bax,İndi ciyərparası.Gülür, şadlıq eləyir,Böyük oğlan olubdur.
Çinara hər baxandaXatırlayır Siracı.Bəzən ondan gizlicəAğlayır acı-acı.İki aydır gəlməyirNə məktubu, nə özü,Çinar ilə SənəminQapıda qalıb gözü.Açılacaq, bax, səhər,Məktəbə gedəcəkdirİlk dəfə, uşaq səhər.Əynində təzə paltarƏlində də çantasıBu gününü görmədiAncaq, yazıq atası...Dilim-ağzım qurusunVurdularmı? Ya sağmı?Evimizə bir dahaGörən qayıdacaqmı?Qayıtsın bir ayaqsız?Bir qolsuz, razıyam mən.Qulluğunu elərəmNə gələrsə əlimdən!Qoy ölməsin davada,İşi çətin olmasın!Oğlum yetim olmasın!
Çinarın sifətinəSürtür ana üzünü,Uşaq açır gözünü:– Elə bildim yatmısan?Demə gözünü yumubAnanı aldatmısan?– Yatmamışam, ana can,Deyirəm ki, bəs haçanAtam qayıdacaqdır?Yolu məgər uzaqdır?
Niyə hey ağlayırsan,Elə ağlayan kimiMəni qucaqlayırsan.– Oğul, atan yazır ki,Mən səni qucaqlayım,Amma demir ağlayım.– Bəs hardadır, biz gedəkBəlkə onun yanına?– Yox, o burdan uzaqdır,Qurban olum, canına.Qayıdacaq, darıxmaHarda olsa yubanmaz.İstəyirsən, can bala,Nağıl deyim, qulaq as!Çinar, söylə, deyərəkDirsəkləndi yerindəSənəm dedi: – Çinarım,Ağ günlərin birindəİki qonşu yaşardıDövlətləri, varlarıÇoxdu, aşıb-daşardı.Adları qırmızılar,Bir də ki, ağlar idi.Aralarında çöllər,Dənizlər, dağlar idi.Qırmızılar nə dava,Nə də qan istərdilər.Qardaş kimi yaşasınHər insan istərdilər.Onların yeri böyük,Özləri də çoxdular.Xoşbəxt yaşayırdılar.Azaddılar, toxdular.Özlərininki idiDövlətləri, varları.Öz əllərində idiBütün ixtiyarları.
Odur ki, qırmızılarYaşayırdı, gözəl, şən.İndi ağlardan deyim,Çinarım, qulaq as sən.Ağlar da az deyildi.Ölkədəki işləri,Amma taraz deyildiAğalar yoxsullarıOt kimi biçərdilər.Yazıqların qanınıOvucla içərdilər.Bax, həmin bu ağalarYaman qudurdu bir gün.Dedilər: – Nökər olsun.Bizə bu dünya bütün!Onlar qırmızılaraYaman göz dikmişdilər.Sərhəddə dəstə-dəstəQoşun da çəkmişdilər.Deyirdilər: Qoy hamıQarşımızda qul olsun;Min-min insan qırılsın.Cibimizdə pul olsun!Evləri, şəhərləriDağıdaq, viran qoyaq;Oğulları atadan,Ataları oğuldanAyrı, nigaran qoyaq.Bunu Çinar eşitdi,Dərin bir fikrə getdi.Sənəm verməyib araDedi: – Oğul, ağlara,Nə deyim, bir yay günüQuzğun kimi aldılarBu Vətənin üstünü.Binaları sökdülər,Sel kimi qan tökdülər.
Uşaqları beşikdəKeçirdilər süngüyə,Sən qırmızısan! – deyə– Onların ataları? –Deyə soruşdu Çinar.– Əziz bala, atalarEşidib bu xəbəri,Getdilər qurtarmağaBəladan bu elləri,Kimi oğlunu öpdü.Səhər çay qırağında...Kimi də anasınınUzanıb qucağında,Əsgər atası haqdaİndi nağıl eşidir,Daha böyük kişidir.Çinar indi anladıNağılın mənasını,Qucaqladı o, bərk-bərkSevimli anasını.Xəyalından keçdi tezKənd yolu, çay qırağı,Yadına düşdü bir-birSənəmin ağlamağı...Yadına düşdü bir-bir...Amma, durdu ər kimi.Dərin xəyala getdiBöyük kişilər kimi.
Kim bilir ürəyindənNələr keçdi Çinarın.Amma deyəsən əsdiBalaca dodaqları.Elə bil ki, uşağınBədənini basdı tər,Necə uzun olurmuşƏzablı dəqiqələr!..
Sənəm, gözlərində yaş,Qucağında ÇinarıOvutdu yavaş-yavaş.
Son baharın səhəriBaxın, necə gözəldir.Ana təbiət necəMənzərələr düzəldir.Dağ başında ağ dumanNəhəng bir papaq kimi,Üfüq al-əlvan olurQırmızı bayraq kimi.Gecə od qalamışdırMeşədə gözətçilər,Ağappaq tüstü qalxırGöy üzünə bu səhər.Quşların şən nəğməsi,Cəh-cəhi şirin olur,Son baharın səhəriNə qədər sərin olur.Yol qırağı yamyaşıl,Ot üstə şeh damlası.Həyətlərdə qızarırŞirin payız alması.Heyvaların ətiriTutub yolu, küçəni,Qırmızı nar, turş zoğalYoldan edir keçəni.Həyətlərdən birbəbirÇölə çıxır mal-qara,İş səsi, əmək səsi,Çobanın tütək səsi,Yayılır uzaqlara.Evdəki evdə qalır,İşləyən gedir işə.Kəndin payız səhəriBelə olur həmişə.
Amma bir gün də vardır, –Onu çox sevir hamı.Bu gün, məktəbə gedənUşaqların bayramı, –Sentyabrın biridir.Çinar gözləyir onuNeçə ildən bəridir.
Dərsə gəlib bu səhər,Oturub ön sırada.Aman, nə qədər tanışUşaq vardır burada?Bax, Adil, dəcəl Həsən,Nuru da dərsə gəlib,Ağıllanıb deyəsən.
Vay-vay, Gülərə bir bax,Qonşumuzun qızına!Elə bil səhər-səhərSu alıbdır ağzına,Gör necə taxta kimiQurudubdur özünü.Necə də zilləyibdirMüəllimə gözünüHeç Kamalı görmürəm,Yanımdaymış lap Kamal.İki il birincidəQalıbdır o, dalbadal...Beləcə başlandı dərsGəlin arzu edək biz,Çinar, – ilk şagirdimizDərsə göstərsin həvəs.Dərələrdən keçmisən,Təpələrdən aşmısan,Bu eli, bu obanıKəndbəkənd dolaşmısan.Gətirdiyin xəbərlərŞad olubdur həmişə,
Qəm, kədər qəlbimizəYad olubdur həmişəQan-tər içində gəldinUzun-uzun yolları,A poçtalyon, din barı!
Bu gün nə olub beləQaşlarını çatmısan?Dərin fikrə getmisən,Elə bil ki, yatmısan?Dur qapılar açıqdırÜzünə kəndimizdə;Muştuluq verir hamıSözünə kəndimizdə.Qan-tər içində gəldinUzun-uzun yolları,A poçtalyon, din barı?!
Əlindəki o nədir?Qorxa-qorxa tutmusan?Bəxtəvər sahibiniBəlkə də unutmusan?Ver, onu biz oxuyaq.Mətləbi bəlli olsun,Yol gözləyəni varsa,Deyək, təsəlli olsun,Qan-tər içində gəldinUzun-uzun yolları,A poçtalyon, din barı?!
Bəlkə, şad xəbər deyil,Pis xəbər gətirmisən?A poçtalyon, tez danış,Bəlkə... bəlkə, bəlkə sən...
Alı kişi gəlir bax,Kolxoz idarəsinə.Poçtalyon dik atılır
Onun: – Salam! səsinə.– Salam! A yoldaş sədr,Bağışla, fikirliyəm.Bir vacib söhbətim var,İstəyirdim söyləyəm...– Buyur, buyur içəri,Xeyir olsun, nə xəbər? –– Elə dərd ondadır ki,Xeyir deyil bu səfər...– Bəs nədir?– Al, özün bax...Oxuya bilmədi o,Axıradək məktubu,Hıçqırıqlar içindəBoğularaq dedi: – Bu,Mənim belimi qırdı!Elə bil gülləsiniDüşmən sinəmə vurdu:"Sizin kolxozun üzvüSirac Süleyman oğlu,Xalqımızın fədakar,İgid, qəhrəman oğlu,Böyük Vətən yolundaCanını verdi qurban.Başsağlığı verirəmBizim hissə adından.Onun xatirəsinəƏyirik başımızı.Hər vaxt yad edəcəyikdöyüş yoldaşımızı!"Alı kişi əsə-əsəPıçıldadı poçtalyona:– Sən, Sənəmi görsən əgər,Bu xəbəri demə ona.Əgər məktub göndərsələrSiracgilin hissəsindən,O məktubu Sənəmə yox,Əvvəl mənə gətirərsən!Dərdli-dərdli qalxıb sədrYola saldı poçtalyonu.Qoca qəlbi kövrək olurHıçqırıqlar boğur onu.Gözlərindən yaş tökülür,Sanki hər yan duman olur.Deyirlər ki, kişilərinAğlamağı yaman olur.Sonra durur aram-aram,Gözlərindən silir yaşı.Yetmiş illik ömür sürübAğarmışdır çoxdan başı.Ağlasa da, yaş töksə dəQoca kişi gözlərindən,Ürəyinə qürur gəlirKomandirin sözlərindən:"Sizin kolxozun üzvüSirac Süleyman oğlu,Xalqımızın fədakar,İgid, qəhrəman oğlu..."Günlər vardır Alı bir anAyrılmazdı aynalıdan.On altıyla yüz nəfərinQabağını saxlamışdı.Əsir tutub pristavınƏl-qolunu bağlamışdı.Cavanlıqda bir vaxt vardı.O da igid sayılardı.Alı kişi yaxşı bilirQəhrəmanın şöhrətini.Alı kişi yaxşı bilirQəhrəmanın hörmətini.O, bilir ki, Vətən üçünQan axıdan, həlak olan,İnsan ölmür!
O bilir ki, qəhramanaMin lülədən atəş açsan,Vursan, ölmür!O bilir ki, mərdin adı,Min illərlə yaşayacaq,Şöhrətini çox nəsillərÜrəyində daşıyacaq.Amma bilmir bu xəbəriO Sənəmə desin necə?!Odur, gedir, ürəyindənMin bir fikir keçə-keçə.Yazırlar, “Bilin, sizinMərd, fədakar yerlinizinAdı indi qəhrəmandır”.Bəs Sənəmə öldüyünüNecə desin? Bu yamandır?Necə desin yana-yanaBir qanundur, ölüm, itim?Necə desin, Çinar, bala,İnnən belə qaldın yetim?Necə desin döyüş günüSinəsindən yaralandı?Necə desin əbədilikÇinarından aralandı?Daha məndən soruşmayınO, Sənəmə nələr dedi.Sanmayın ki: – Heç darıxma,Səbr et, qızım, gələr! – dedi.Başında var qara örpək,Yaxşı baxın Sənəmə siz.Bu xəbəri bildiyiniDeməsəm də bilirsiniz.Ay uşaqlar, ay uşaqlar,Söz tapmıram deyim sizə.Necə böyük aləm sığarSizin kiçik qəlbinizə!
Ürəyiniz göy üzü təkTəmiz olur, gözəl olur.Amma deyim, incimiyin,Bir çoxunuz dəcəl olur.
Uşaqlıq da bir aləmdir.Öz qanunu, qaydası var.Zirəkliyin, çevikliyinİnsana çox faydası var.
Mən demirəm atılmağı,Düşməyi siz tamam atın.Mən demirəm uşaq ikənBöyüklərə gəlib çatın!
Oynamağı, şadlanmağıUnutmayın bir an belə.Bugünkü şən, zirək uşaqGözətçidir sabah elə.
Ürəyiniz göy üzü təkTəmiz olur, gözəl olur.Amma bəzən bir çoxunuzZirək deyil, dəcəl olur.
Budaqda quş yuva qurur,Bir dəcəl vurur, uçurur.Qan axıdır, qəsdə durur,İnsafa gəl, insafa gəl,Sən, ey dəcəl!
Girirsən bir sərin bağa,Dırmanırsan şax budağa,Başlayırsan doğramağaİnsafa gəl, insafa gəl,Sən ey dəcəl!
Evdə nənən qoca qarı,Sənsən onun arzuları;İncitmə gəl onu barı,İnsafa gəl, insafa gəl,Sən ey dəcəl!
Dostlar sənə qardaş, bacı,Danışma heç acı-acı;Bunun vardır bir əlacı:Bir az düzəl, ağıla gəl,Sən ey dəcəl!
Budur, məktəb həyətindəOturmuşdur beş-on uşaq.Mən bilmirəm nədən olmuşSöhbətləri bundan qabaq.Amma, Çinar əsəbidir,Nəsə deyir o, Kamala.Elə hirslə danışır ki,Qışqıracaq lap az qala.Kamal deyir: – Bir bəri bax,Gəl danışma, dostum nahaq.Əsgər desən, mənim qağamCəbhədədir, deyim sənəMəktubunda yazıb dünənBir orden də aldım yenə.Təkbaşına on düşməniVurub qağam.Yazır hələ düşmənləriQıracağam!Məktublarım gəlməsə siz,Öldüyümü bilərsiniz...Çinar dedi: – Hə... nə olsun!Mənim atam... Atam vardır.Cəbhədədir... Tək əliləOn nədir ki? Gücü çatarYüz düşmənə!
– Gəl bunu da deyim sənə,Yüz düşməni qıran əsgər,Qağam kimi orden alar.Bax, sənin də atan əgər...– Nə bilirsən bəlkə alıb,Yanındasan?!– Orden almaq olsa asan,Gündə birin alar qağam.Yazır, hələ qəhrəman daOlacağam...Çinar dedi:– Mənim atam...Qəzəblənib coşdu Kamal!– Elə durub, atam, atamsöyləyirsən!Heç bilirsən nə deyirsən?Qəzəbləndi Çinar da bərk,Kamal sarı yeriyərək,Dedi: – Yalan, yalan, yalan!– Necə? Dayan!– Çantasını açdı Kamal.Hirsli-hirsli söylədi: – Al!Bax! Atamın şəklidir bu!Bu da onun son məktubu.Ordenləri qoşa-qoşaİndi, dostum, düşdün başa?Məktub göstər görsün gözüm,Şəkil göstər görsün gözüm,Çinar, indi nədir sözün?!.Qəhərləndi daha Çinar.Söz tapmadı desin uşaq.Doluxsundu, qəzəbləndi,Yazıq-yazıq durdu ancaq,Sanki Kamal köz qopardıÜrəyinin yarasından.Yavaş-yavaş keçdi ÇinarUşaqların arasından.
Düşündükcə doldu gözü;“Məktublarım gəlməsə siz,Öldüyümü bilərsiniz...”Yoldaşının bu sözləriÜrəyinə saldı ləkə.Məktub yoxdur, neçə vaxtdırMəktub yoxdur, atam bəlkə?..Qaça-qaça gəldi yolu,Qəlbi dolu, gözü dolu,Girdi evə... AnasındanSormaq üçün bu sualı?Bu nə işdir, sandıq üstdəƏyləşibdir qoca Alı?Sənəm onu görən kimiDodaqları əsə-əsəDedi: – Çinar, Alı babanQonaq gəlib bu gün bizə.Çinar gəlib ədəb ilə:– Alı baba, salam! – dedi.Alı kişi doluxsunub:– Yaxına gəl, balam, – dedi.Qucaqladı Çinarı o,Kəsik-kəsik dedi: – Qoçaq!Babasının göz yaşınıGörmədi heç Çinar ancaq.Sonra dönüb Sənəmə o,Dedi: – Qızım, gedim daha.Gedim, gərək hazırlaşaqBiz sabaha.Maşınımız dayanacaqQapımızdan aşağıda,Sabah səhər gətirərsənÖzün ilə uşağı da.Qoca durdu, aram-aramAddımlayıb çıxdı çölə:– Sizə hər gün gələcəyəm, –Dedi, – qızım, innən belə.
Düz deyiblər... yaman gündəArxa çıxar el içindən,Arxasız el su götürməzDurna gözlü göl içindən.Axıb gəldi kənd adamıÇinargilə.Cavan, qoca, hamı, hamıƏzizlədi, tutdu onuşirin dilə.Günəş batdı, axşam olduHey boşaldı, dolu otaq.Keçdi gecə, xumarlanıbŞirin-şirin yatdı uşaq...
Maşına bax, maşınaDüzülübdür dal-dala.Bir ucu rayondadırMaşınların az qala.Rayonun mərkəzinəSəhər axışır hamı.
Sanki şəhərə köçürBütün kəndin adamı...Bu gün bazar günüdür,Bayram ki, deyil, ana!Niyə bütün camaatGedir belə rayona? –Soruşur anasındanHeyrət eləyir uşaq.Sənəm xəyal içindəDanışa bilmir ancaq.Maşın arxada qoyurAğacları, kolları;Sənəm gözüylə ölçürElə bil ki, yollarıOna elə gəlir ki,Sirac intizardadır.
Ona elə gəlir ki,Sirac bu yollardadır.Ona elə gəlir ki,“Pobeda” yavaş gedirBəlkə də heç getməyir.Bu yollar, dağ, daş gedir.“Pobeda”, tələs-tələs,Siraca yetir bizi!Bu ayrılıq, bu hicranÜzdü ürəyimizi!Tez yetir atasınınGörüşünə Çinarı,Eşit məni, sən, barı!
Siz ey çöllər, çəmənlər,Lalələr, yasəmənlər,Sizdən bir xahişim var:Yalvarıram, nə olar,Ətir səpin yollara,Şirin bir yuxu gəlsinÖmrüm-günüm Çinara.Unutsun gözündəkiHəsrəti, intizarı,Rəhm eləyin siz barı!Siz ey qara buludlar,Uçunuz qatar-qatarGünəş batsın bir anlıq,Qoy çoxalsın qaranlıq,Kölgələr sürünməsin,Yağış yağsın, sel axsın,Göz yaşım görünməsin!
Gəlib yetişdi,Bütün maşınlar.Meydançada bax,Nə çox adam var.Alı baba daMaşından düşdü,
Bir kişi iləGedib görüşdü.Tutdu əlindənÇinarın qoca.Sənəmə dedi:– Di, gəl dalımca.Addım atdıqcaSənəmlə, Çinar,Tez yol verirdiBütün adamlar.
Meydanın ortasındaBir daş vardır lap böyük.Üstündə qara rəngliİpək parçadan örtük,Qarşısında bir masa,Deyəsən bütün rayonYığışıbdır iclasa.Sənəm ilə ÇinarıGətirdilər buraya.Toplaşanlar aldılarOnları tez araya.Kimi Çinarı öpdü.Yana tutdu üzünü,Kimi zorla saxladı,Ələ aldı özünü.Hamı yaxın, mehriban,Hamı qəmli, qüssəli...Alı kişinin əliBirdən yuxarı qalxdı,Qoca Çinara baxdı,Dedi: – Başlanır iclas,Oğlum, yaxşı qulaq as.Sonra tutub üzünüCamaata sarı o,Süzüb adamları o,Dedi: “Bizim dağlardan
Bir qartal uçdu getdi,Vətənin göylərindəO qanad açdı getdi.Mərdlik ilə dolandıÇox ölkəni, çox yeri,Sinəsindən vuruldu,Amma dönmədi geri.O, bizim bu dağların,Bu doğma torpaqların,Qızların, gəlinlərin,Bu ölkənin, bu yerin,Adını uca tutdu!Döyüşlərə girəndəO, qorxunu unutdu.Bir zərbədə on yağıVurdu qəhrəman kimi.Vətənin keşiyindəDurdu qəhrəman kimi!
O, bir daha bu kəndə,Bu elə dönməyəcəkLakin onun heç zamanOcağı sönməyəcək!Deməyin ki, oğlu var,Çox kiçikdir, uşaqdır.Siracın ocağınıÇinar yandıracaqdır!..Meydança dalğalandıDəniz kimi bir anda.Hamı Çinara baxdı, –Susan da, ağlayan da...Sonra qara örtüyüAçdılar yavaş-yavaş,Mərmər heykəl önündəƏyildi yüzlərlə baş.Çinar heyrət içindəHeykələ baxdı, baxdı.
Nə hıçqırıb ağladı,Nə gözündən yaş axdı.O, yeriyib irəliQucaqladı heykəliSonra da anasınınGəlib əlini tutdu,Örpəyinin ucuylaGöz yaşını qurutdu...
Ana-bala əl-ələYardılar izdihamı,Çinar ilə SənəməHörmətlə baxdı hamı.
...Çinar fikrə gedibdirƏlləri çənəsində...Çiçəyə bax, gülə baxTorpağın sinəsində.
Ana təbiətin çoxHikmətləri var imiş,Dinlə, bu axar sularBöyük bəstəkar imiş...
Bir gör necə dolanır,Aylar, illər dalbadal,Necə böyüyüb Çinar,Necə böyüyüb Kamal.Hərəsi bir adamdır,Hərəsi bir kişidir,Onlar dost olub yamanCan deyir, can eşidir.
Sənəmin də quruyubƏbədilik göz yaşı.Çinardan deyir ana,Kəlməbaşı, sözbaşı.
Xatirini istəyirBütün kənd camaatı,Deyir: – Kəndsiz, ÇinarsızNeyləyirəm həyatı?
Ağarsa da qar kimiİndi saçı, saqqalı,Bizə dayaqdır yenəQoca babamız Alı.
Hər evdən, hər küçədənGörürsən gəlir səsi,Kənddə artıb, çoxalıbNəvəsi, nəticəsi.
Adamlar da dəyişibDəyişdikcə bu həyat,Deyirsən cavanlaşırGündən-günə camaat...
... Çinar fikrə gedibdirƏlləri çənəsində,Çiçəyə bax, gülə baxTorpağın sinəsində.
Lalələr qıpqırmızıYanaq kimi pörtüşür,Nəğmə deyir cavanlarÇölə, düzə səs düşür.Gəldi bahar,Çoşdu sularBudaq üstə qondu quşƏlli-qolluİnsan oğluAlnı açıq yaşamağadoğulmuş!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-igid-olmur
Use ← → keys to move, R for a random poem