“Koroğlu” filmindən

Meydan dolanır başıma aləm, bəri gəl, bir!Zəhr ilə dolar yoxsa piyaləm, bəri gəl, bir!

Röya kimi qoy gəlməsin ey dost, sənə dünya,Mən, tazə güləm, sanma xəyaləm, bəri gəl, bir!

Naz məndə, avaz məndə, çinar qaməti məndə,Bax, bax, necə görə Leyli misaləm, bəri gəl, bir!

Sənsiz nə günüm var, nə gecəm gözləyirəm, gəl,Yoxsa ucalır göylərə naləm, bəri gəl, bir!

Zeynal, özünə bir belə aludəlik etmə!Aqil deməz aqildə kəmaləm, bəri gəl, bir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets