Kim deyir yoxsa vüsal, aşiqə dərman olmaz?Əsil aşıq sevər, amma yara qurban olmaz.Sevginin ləzzəti ölməkdə, əziyyətdə deyil,Belə bir sevginin heç ömrü də bir an olmaz.Vaxt olur, fürsət olur bir danışıb, bir gülürük,Bəlkə də sən deyirsən: “belə oğlan olmaz!”Baxtıma küsməyirəm, hər sevən almaz yarını,Hər sevən vəslə çata, dünyada hicran olmaz.Demə Zeynal əriyər şam kimi hicrimlə mənim,Vətənin eşqi kimi qüvvəli loğman olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love