Qış qurtarar, yay olar,Oğlan qıza tay olar,Yar-yarı gözləyəndə,Bir günü bir ay olar.Gözləməsin neyləsin?

Oğlan qıza söz deyərHər nə desə düz deyər,Qız oğlana “döz” deyər,Gözləməsin neyləsin?

Qaş qaralar, şam yanar,Dərsdədir gül üzlü yar,Oğlan dözər, dayanarGözləməsin neyləsin?

Elçi göndərər qıza,Ürəyi dönər buza,Toyu qalar payızaGözləməsin neyləsin?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring