Ey səhər, ey Günəş, ey ulu qüvvət!Sən ey şəfəqlərdə çimən təbiət!Sonsuz üfüqlərə yol açan sənət!Ey bütün bəşərin sabahkı yolu!Yaşasın torpağın qəhrəman oğlu!Sən ey bağçaların, bağların barı!Şairin ilhamı, sənətin yarı!Dünyanın əvvəlki, sonku ilqarı!Açıq söyləmirəm sənin adını,Bir də buludlara çırp qanadını!..Sən ey qaranlığa çöküb qarışan,Günəşlə tutuşan, ayla yarışan,Gah məndən inciyən, gah da barışan,Yurdumun ayaği sayalı qızı!Ağzi xeyir sözlü, həyalı qızı!Siz ey çəmənlərdə gülən çiçəklər!Bu sakit ahəngi pozan küləklər!Ey təmiz duyğular, təmiz ürəklər!Salam gələcəyin böyük adına!Salam insanlığın etiqadına!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring