O gün ki, üstünü cəlladlar aldı,Günahsız töküldü müqəddəs qanın.Bizim dərdimizdir, yarımçıq qaldıSənin söz dastanın, həyat dastanın.

Biz səni sevirdik canla, ürəklə,Çünki sən ürəklə sevirdin bizi.Çalardın sazında minbir diləkləBizim eşqimizi, iradəmizi!Qardaş! Sən ürəklə sevirdin bizi.

Yarandın, yaşadın şanlı bir gündəSözün ulduz-ulduz, çiçək-çiçəkdir.Xatirən daim torpaq üstündə,Yaşıl bir ot kimi göyərəcəkdir…

Sənin qəlbin kimi safdır, dümağdırVətən göylərinin ağ ulduzları.Adına nəğmələr oxuyacaqdır,İdil yılğasının tatar qızları.

Mənim şair dostum, şair qardaşım!Vüqarın böyükdür uca dağ kimi.Sənin hünərinlə mənim də başımUcaldı göylərə bir bayraq kimi…

Neçə sərhəd aşır, el gəzir şeir,Yurd salır neçə min ürəkdə, canda.Sənə oğlum deyir, öz balam deyir,Mənim ana yurdum Azərbaycan da!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love