Bakının dastanı
Neçə ildir könül deyir söylə, şair,Şeir, sənət gülzarında Bakı hanı?Sən nə zaman yazacaqsan ilk dastanıBu müqəddəs, bu möhtəşəm hüsnə dair?!Lakin bizim böyük şəhər bir ümmandır,Bu ümmanda üzmək üçün qəvvas gərək.Bu arzuyla yaşamışam nə zamandır,Var ol, məni bu ümmana atan ürək!Var ol sən də, gözəl Bakı, qadir ana!Camalının şöləsidir bu ilhamım.Öz borcumu ödəyərsəm bu gün sana,Gözlərimdə qalmayacaq heç bir kamım!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-bakinin-dastani
Use ← → keys to move, R for a random poem
More by this author
Bizim kor Sənəmin bir mərəzi var,Gündə yüz qapıya o baş vurmasa,
Uşaq bağçasıYenə də al geyib qızarır göylər,Əsir sərin-sərin dəniz küləyi,
İgid şahinŞerim qanadlanıb tez tapsın onu*Qardaşım Mazahir Hamid oğlunu*
Məhəbbətİztirab içində yatır qəhrəman,Nə qədər solğundur onun bənizi.
Poems by other poets
Fikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Cahanda aşiqin çox adı vardırCahanda aşiqin çox adı vardır,Ki, hər birisinin bir dadı vardır.
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Bab olaHilal qaşlarına yüz bərəkallah,Ayın nə həddi var, ona bab ola.