Bab ola
Hilal qaşlarına yüz bərəkallah,Ayın nə həddi var, ona bab ola.Canı yanar sənə aşiq olanın,Yata bilməz gözlərində xab ola.
Qızıl güllər açılıbdı həmayinYarın gəlməsini eylərəm təyin,Dedim gözəl, olaq gəl bir qol-boyun,Neylərəm dünyanı, qoy xarab ola.
Abbas deyər: yar yarına varınca,Saraldı gül rəngi döndü narınca,Sən gözəli mən toruma salınca,Azca qaldı ömrüm bir turab2 ola!
Kitabxana.az · https://kitabxana.az/en/works/tufarqanli-bab-ola
Use ← → keys to move, R for a random poem