Payız olcaq bağlar tökər xəzəli,Bahar olcaq bağçalara bar gəli.Bir igidin olsa baxtı, iqbalı,Cənnət bağçasından ona nar gəli.

Ölkənizdə nə aşnayam, nə yadam,Dost yanında nə qəmginəm, nə şadam,Ay camaat, nə bəlalı səyyadam,Tor qururam tərlan üçün, sar gəli.

Abbas deyər: gəncin üstü bədəndi,Qara bağrım dəlik, zədən-zədəndi,Ay həzarat, heç bilmirəm nədəndi,Aləmə gen dünya, mənə dar gəli.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring