Zəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənəKönlümün hər əqdəsi bir əqdi-gövhərdir mənə

Ey nəsimi-dilküşa, nalə-imdad eylə kimQönçeyi-təsvir tək vəz'im mükərrərdir mənə

Arzular küştəsinə kakül kəməndir, dadxahTəngnayi-sinə bir səhrayi-məhşərdir mənə

Qulzümi-xunxar çərxin ləngəri-təslimiyəmÖz evinə zülm edər hər kim, sitəmkərdir mənə

Əndəlibin xatiri üçün istərəm gül, yoxsa kimNövbahar ilə xəzan fəsli bərabərdir mənə

Guşeyi-üzlət behişti-cavidanımdır mənimXaki-səhrayi-qənaət abi-kövsərdir mənə

Gərçi mən surətdə dərvişəm, vəli dana bilirPadşaham, kişvəri-məna müsəxxərdir mənə

Adım ki Qövsi tək, ey şəm', bəla bir gündəyəmKim nəfəs həm şami-hicran badi-sərsərdir mənə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring