Gərçi artıq yaraşır ol cameyi-gülgün sənəHər nə geysən qaməti-mövzun edər mövzun sənə

Hər görən bu dadlı-duzlu ləblərin bi-ixtiyarSöylər: ey saqi, halal olsun meyi-gülgün sənə

İmtahan üçün əliflərdir çəməndə sərvlərXameyi-qüdrət çəkəndə qaməti-mövzun sənə

Yumşadır daşı bu rəng ilə dutub yalvarmağımEyləməz əfsanəcə təsir ol əfsun sənə

Özgə ahular məni ram eyləmək qəsdindədirAxır ey Leyli, görməzmi məgər Məcnun sənə

Bir gecə ol şəm' ilə çeşmim sərayın rövşən etOlsun ol əbləq günün ərzani, ey gərdun, sənə

Mən ki mənzurun olubdur Qövsi, ol qamət səninYek gələr min sərvdən bir misreyi-mövzun sənə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern