Əqlim olursa mane bu eşqi-purhicabə,Gəlməz fəqət bu eşqin sevdaləri hesabə.

Eşqin müqabilində gücsüz qalır düşüncə,Şam da işıq verərmi heç nurlu aftabə?!

Dostun yanında bir dəm, başım həvasız olmaz,Gözlər düşər məlalə, qəlb isə iztirabə.

Yuxuda da rahatlıq yoxdur o zülfü xaldan.Qoymazlar ki, bu gözlər getsin bir azca xabə,

Xanəndənin sədası, mey camı, bağ səfası,Bir od vurar bu canə, necə ki, od kəbabə

Vəslində heyrətdəyəm, hicrində intizarda,Kim rast gəlib bu halda bir eşqi-kamiyabə?!

Maqta — the closing couplet bearing the poet’s pen name. Qüdsi, bu eşq ürəkdən çıxmaz, nahaq çalışma,Qoy eşq əmr versin artıq bu dilxərabə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love