Aman ki, ol zalim canan ğarəti-can edib getdi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Aman ki, ol zalim canan ğarəti-can edib getdi,Bu sinəmi bir şuridə qələ, zindan edib getdi.
Fəraqında işıqları, yuxuları aldı gözdən,Gün-gecəni aşiqinə necə yeksan edib getdi.
Canan getdi yanımdan ah, mən əl çəkdim canımdan ah,Ruhum onun arzusuyla belə cövlan edib getdi.
Qəlbim onu görmək üçün gəlib çıxdı gözüm üstə,Ətəyimi qan yaşilə bir gülüstan edib getdi.
Belə çətin vəziyyətdə heç xatirim cəm olarmı,Ki o pəri şanlı məni çox pərişan edib getdi?!
Gözlə ürək abü tabi almış qəhrü kərəmindən,Bir şam üzlü məni necə ağlar, xəndan edib getdi,
Maqta — the closing couplet bearing the poet’s pen name. Bu sadəlövh Qüdsini yar vəslə ümid verə-verə,Nə hiyləgər məharətlə bəndi-hicran edib getdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-aman-ki-ol-zalim-canan-gareti-can-edib-getdi
Use ← → keys to move, R for a random poem
More by this author
Deyirlər xəyala uyan bir adam,Xam ikən püxtəyəm deyərdi müdam.
Səlamətliyin qədriSəbəbsiz həkimi vurdu bir hakim,Həkimsə eylədi şükrilə təzim.
Tədbirin gözəlliyiƏmr etdi nədimə sultan bir səhər,Ki, hazır eyləsin qalın bir dəftər,
Yersiz minnət qoymaqEşitdim: pul verib təbibə səhər--Bir xəstə üstünə dəvət etdilər.
Poems by other poets · Love
Könül sirrinə hər kəs məhrəm olmaz,Vəgərnə olsa yüz min qəm, qəm olmaz
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
Olmağınaİndi yaydı, payız qışı daldadı,Bülbül intizardı yaz olmağma.