Yersiz minnət qoymaq
Eşitdim: pul verib təbibə səhər--Bir xəstə üstünə dəvət etdilər.Xəstənin qüvvəti getmişdi tamam.Hərarət içində yanırdı müdam.Qürurla soruşdu ondan kef, əhval,Xəstəyə verdi o bir neçə sual.Nəhayət, guya ki, o tapdı dərdi,Xəstədən qan almaq əmrini verdi.Yazığın qolundan alındıqda qan,Qanıyla bərabər axıb getdi can.Qorxuyla, təşvişlə olsa da, həkim,Deyirdi: «Nə yaxşı oldu tədbirim.Nə yaxşı qan aldıq, dincəldi bədən,Qurtardıq xəstəni bu ağır dərddən».Bizim əsrdə də belədir: əyan--Döşünə döyərlər hər alanda can.Hər kəsin bir işi düşsə əlinə,Pozaraq o işi, öyünər yenə.Bu çür minnət qoyub, can almaq, həmən,Yaxşıdır yenə boş vədə verməkdən.Deyirlər: Bir kəsdən edəndə xahiş,Düzəltsin birinə bir əməl, bir iş.Əzəldən düzünü söylərdi o kəs:«Ki, ümid olmayın siz mənə əbəs,Elə bu sizə çox hörmətdir ki, mən,Avara qoymuram öz işinizdən».Ey Qüdsi, buraxma düzlüyü sən də,Hörmətsiz olarsan yalan deyəndə.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-yersiz-minnet-qoymaq
Use ← → keys to move, R for a random poem
More by this author
Gözlərin kim aşiqə məxmur şəklin göstərir,Əhli-fəqrə mərdümi, məğrur şəklin göstərir.
Gün üzrə ay tuluimi ya gün kəmanıdırGün üzrə ay tuluimi ya gün kəmanıdır,Ya qaşdurur bu cümləsi aşıq gümanıdır.
Hüsn mülkündə saçın tapdı böyük bir şöhrətHüsn mülkündə saçın tapdı böyük bir şöhrət,Bu qəra üzlüyə bax gördü nə ali hörmət!
Hər kim edərsə vərdiş eşqü səfayi-yarəHər kim edərsə vərdiş eşqü səfayi-yarə,Əvvəlcə ixtiyarı atsın gərək kənarə.
Poems by other poets
Nə anladıq gəlib keçən günlərdən?İldırımlar çaxdı, işıq əridi
Aran köçüGəldi yayın ortası,Kəsdi dağın laylası.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Öylə rənadır, gülüm, sərvi-xuramanın səninÖylə rənadır, gülüm, sərvi-xuramanın səninKim, görən bir gəz olur, əlbəttə, heyranın sənin.