Gözlərin kim aşiqə məxmur şəklin göstərir,Əhli-fəqrə mərdümi, məğrur şəklin göstərir.

Bəs ki, çəkdim qamətin yadilə ahi-atəşin,Xatirim nari-şəcərdən Tur şəklin göstərir.

Nəşeyi-meyxarə bais nolduğun bildim künun,Bir pərivaş can əra məstur şəklin göstərir.

Kuyi-canandan cüda aşiqlər əhvalın desəm,Dəşt ara bikəs qalan rəncur şəklin göstərir.

Qamət üzrə taqi-geysudən asılmış, həqqi var,Dil ənəlhəqq söyləsə Mənsur şəklin göstərir.

Asimanda gövkəbi-səd olsa Əsəd yerdədir,Bu səbəbdən yer savadi nur şəklin göstərir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Töhfeyi babi-Süleyman söyləsəm, Qüdsi, nolur,Bu qəzəl rani-mələxlə mur şəklin göstərir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love