Axtarırsan
Ahu nigah, ay həsrəti xumarın,Dolanıb bağlarda bar axtarırsan.Gözü yolda qalan intizarın var,Ya da xəstə üçün nar axtarırsan.
Hayana baxırsan, tökürsən yaşı,Sənin bu ah-nalən yandırır daşı.Sənə kar eyləyir eşqin ataşı,Ya da pərvanəsən, nar axtarırsan.
Gözəl, sənin bu halını görəndə,Suvar oldu qəm qəndəli səməndə.Ya istəkli dostun keçib kəməndə,Ya müşkülə səbəbkar axtarırsan.
Yazıq Abdullayam, yetmədim nəfə,Qəm yazdım dəftərə yenə bir səhfə.Züleyxasan, eşqin düşüb Yusifə,Ya özünə layiq yar axtarırsan.
Kitabxana.az · https://kitabxana.az/en/works/usta-abdulla-axtarirsan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yarEy xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar,Tərlədib ruxsan al eylərdi, al eylərdi yar.
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Hay ötdüDəxi çıxmış gözüm görə kor,Gəlib yar ötdü, hay ötdü,