Bir ərzim var qulluğuna rəfiqim,Gör necə çəkibdir yar ala məni.Od tutub cismimdə yanar atəşlər,Seyraqublar qoymur yar ala məni.

Eyləyibsən gül rəngimi sarı sən,Tərlan oylağına qoyma sarı, sən.Təbibimsən qollarımı sarı sən,Demədim neştər vur yarala məni.

İyidin varıdı, üz ağı gördüm,Qəvvas dəryalardan üz ağı gördüm,Abdullayam, yaxın-uzağı gördüm,Görmədim tifiltək yar ala məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets