Yarağını sən
Səhər şikarını, seyri-gülşəndə,Alıbsan dəstimin yarağını sən.Şirin danışanda, şirin güləndə,Qatırsan şərbətə, yar, ağını sən.
Mərdin məclisində nə danəsidi,Mürğin dahanında nə danəsidi?Dost dostdan sirrini nə danəsidi,Deyirsən sözünün, yar, ağını sən.
Həqiqi dostunu sına gedəndə,Seyraqub gərdəni sına gedəndə.Sənətkar Abdulla sinə gedəndə.Ümid var, verəsən, yar, ağını sən.
Kitabxana.az · https://kitabxana.az/en/works/usta-abdulla-yar-agini-sen
Use ← → keys to move, R for a random poem