Eylər-eylər
Ay camaat, xəstə düşüb ölürəm,Dərdimə dərmanı yar eylər-eylər.Həsrət qaldım yarın uca boyuna,Yanar canım ahu-zar eylər-eylər.
Anam gəlib kəsdirəydi yanımı,Yar demərəm, şaxta vurar canımı.Yay dolusu döyər bağ-bostanımı,Alçaq dağlarımı qar eylər-eylər.
Fələk, sənlə çox eylərəm savaşı,Ahımdan dumandı dağların başı.Üzümü yandırır gözümün yaşı,Ağlamaq Bəstini kor eylər-eylər.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-besti-eyler-eyler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Görüşəndə
Bağ arası sular daşar,Qönçə güllər pıçıldaşar.
GetdiGeçə-gündüz qan ağlaram,Göz yaşım ümmana getdi.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsinMəgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!