Qah-qahın alır canımı,Canım oda yaxan kəklik.Sən ki, belə sitəmkarsan,Ya soltansan, ya xan, kəklik.

Qayada-daşda gəzərsən,Çəməndə gülə bənzərsən.Gəlin kimi bəzənərsən,Açılıbdı yaxan, kəklik.

Bəsti deyər: pis günümdə,Gəl oxuma, nəs günümdə.Ağçınqılda, yas günümdə,Ələ xına yaxan kəklik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets