Oyan dağlar
Bəstinin ah-naləsindənOyan, dağlar, oyan, dağlar.Qan damır dağ laləsindən,Sən də qana boyan, dağlar.
Kəkliklərin qaqqıldaşı,Ayağı qan eylər daşı,Sel-sel oldu gözüm yaşı,Hünərin var dayan, dağlar.
Bəylər bizi gətdi cana,İgidləri saldı qana,Ayrı eli zülmətxana,Bəs necədir o yan, dağlar?
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-besti-oyan-daglar
Use ← → keys to move, R for a random poem