Yazda Əmirvara qonaq getmişdim,Gözəllərin say-seçməsi burdadı.Hansına pis desəm, dilim lal olar,Ağ güllərin tər qönçəsi burdadı.

Gözəllikdə tay tapılmaz bu yurda,Baxdım gözəlləri xəlq olub nurda.Qazanbatan burda, Durnalı burda,O dağların –sər çeşməsi burdadı.

İnciməsin Rəsullunun qızları,Gözəllərin aydı-gündü üzləri.Bəsti deyər: heyran qoydu bizləri,Qız qızıldı, saf külçəsi burdadı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring