Bu dünya
Məleykə boyludur, şirin ləhcəli,Əzəldən tamaşa olan bu dünya.Qoca cadugərdi aldadar səniCavanlıq donunda qalan bu dünya.
Qananı eyləyib talesiz, baxtsız,Əyibdi qəddini, qocaldıb vaxtsız,Çoxlarmı qoyub eyvan-otaqsız,Varlının dərdinə qalan bu dünya.
Qəmdən pay götürdüm, nalədən qismət,Görmədim bir ləzzət, çəkdim əziyyət,Canda eşq atəşi, dildə məhəbbət,Bəstini odlara salan bu dünya.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-besti-bu-dunya
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Könül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
Xəbərin varmıÜrəyimə axan göz yaşlarımdanBu dərdi-qəmimdən xəbərin varmı?
QaldımÜrəyim nəzilib, qəlbim əzilib,Atadan - anadan aralı qaldım.
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?