Gəlibmi
Dinib-danışsana, ay aşıq Bayram,O bizim dağların yazı gəlibmi?Əriyibmi o dağların qış qarı,Ağçınqıla qoyun-quzu gəlibmi?
Yellər çırpınırmı, arana sarı,Sellər uçururmu, barı-hasarı.Nərgizlər, lalələr gülürmü barı,Dağların bənövşə qızı gəlibmi?
Heyif ki, vədəsiz talandı Bəsti,Min yol talansa da, qalandı Bəsti.Sazıynan-sözüynən dolandı Bəsti,Bəstinin dağlara sözü gəlibmi?
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-besti-gelibmi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Sənin
Dün gördüm ol nigari-tərəbnakü ərcimənd,Kafur əliylə dəstələmiş ənbərin kəmənd,
Baharın gəldiyin nədən biləyimBaharın gəldiyin nədən biləyim,Gül dikəndə bitər, bülbül daldadır.
Ay ariflərAy ariflər, bir tərlanım uçubdu,Sağ əlimdən sol əlimə alınca.
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,