O yar gəzən oylaqlarda,Bir də açdı bənövşələr.Səpələndi dağa-daşa,Yaldan aşdı bənövşələr.Yaralı bülbüllər kimi,Kola düşdü bənövşələr.Yarəb, o Tutqu çayını,Necə keçdi bənövşələr?Bir quş kimi yoxa çıxdı,Hara uçdu bənövşələr?Bəsti, Xançobanım kimi,Vaxtsız köçdü bənövşələr.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring