سراینده چنین افکند بنیادکه چون در عشق شیرین مرد فرهاد

دل شیرین به درد آمد ز داغشکه مرغی نازنین گم شد ز باغش

بر آن آزاد سرو جوی‌بار‌یبسی بگریست چون ابر بهاری

به رسم مِهترانش حِله بر بستبه خاکش داد و آمد باد در دست

ز خاکش گنبد‌ی عالی برافراختوز آن گنبد زیارت‌خانه‌ای ساخت

خبر دادند خسرو را چپ و راستکه از ره زحمت آن خار برخاست

پشیمان گشت شاه از کردهٔ خویشوز آن آزار گشت آزردهٔ خویش

در اندیشید و بود اندیشه را جایکه باد افراه را چون دارد او پای

کسی کاو با کسی بد ساز گرددبِدو روزی همان بد باز گردد

در این غم روز و شب اندیشه می‌کردوزین اندیشه هم روزی قفا خورد

دبیر خاص را نزدیک خود خواندکه بر کاغذ جواهر داند افشاند

گُلش فرمود در شِکر سرشتنبه شیرین نامهٔ شیرین نوشتن

نخستین پیکر آن نقش دل‌بندتَولا کرده بر نام خداوند

به نام روشنایی‌بخش بینشکه روشن‌چشم از او گشت آفرینش

پدید آرندهٔ اِنسی و جانیاثرهای زمینی و آسمانی

فلک را کرده گردان بر سر خاکزمین را جای گردش‌گاه افلاک

پس از نام خدا و نام پاکانبرآورده حدیث دردناکان

که شاه نیکوان شیرین دل‌بندکه خوانندش شکرخایان شکرخند

شنیدم کز پی یاری هوس‌ناکبه ماتم نوبتی زد بر سر خاک

ز سنبل کرد بر گل مشک‌بیزیز نرگس بر سمن سیماب‌ریزی

دو تا کرد از غمش سرو روان رابه نیلوفر بدل کرد ارغوان را

سمن را از بنفشه طَرْف بربسترطب‌ها را به زخم استخوان خَست

به لاله تختهٔ گل را تراشیدبه لؤلؤ گوشهٔ مه را خراشید

پرند ماه را پیوند بگشادز رخ برقع، ز گیسو بند بگشاد

جهان را سوخت از فریاد کردنبه زاری دوستان را یاد کردن

چنین آید ز یاران شرط یاریهمین باشد نشان دوست‌داری

بر آن حمال کوه‌افکن ببخشودبه سر زانوبه‌زانو کوه پیمود

غریبی کُشته بیش ارزد فغانیجهان گو تا بر او گرید جهانی

بدین‌سان عاشقی در غم بمیرد؟چون او باد آن که زو عبرت نگیرد

حساب از کار او دور است ما رادل از بهر تو رنجور است ما را

چو دانم سخت رنجیدی ز مرگشکه مُرد و هم نمی‌گویی به تَرکش

چرا بایستش اول کشتن از دردچو کشتی چند خواهی اندهش خورد

غمش می‌خور که خونش هم تو خوردیعزیزش کن که خوارش هم تو کردی

اگر صد سال بر خاکش نشینیاز او خاکی‌تری کس را نبینی

چو خاک ار صد جگر داری به دستینیابی مثل او شیرین پرستی

ولیکن چون ندارد گریه سودیچه باید بی‌کباب انگیخت دودی

به غم خوردن نکردی هیچ تقصیرچه شاید کرد با تاراج تقدیر

بنا بر مرگ دارد زندگانینخواهد زیستن کس جاودانی

تو روزی‌، او ستاره‌‌، ای دل‌افروز‌!فرومیرد ستاره چون شود روز

تو صبحی، او چراغ ار دل پذیردچراغ آن بِهْ که پیش از صبح میرد

تو هستی شمع و او پروانهٔ مستچو شمع آید رود پروانه از دست

تو باغی و او گیاهی کز تو خیزدگیاه آن بِهْ که هم در باغ ریزد

تو آتش طبعی او عود بلا‌کشبسوزد عود چون بفروزد آتش

اگر مرغی پرید از گلستانتپرستد نسر طایر ز آسمانت

و گر شد قطره‌ای آب از سبو‌یتبسا دجله که سر دارد به جویت

چو مانَد بَدر‌، گو بشکن هلالیچو خوبی هست، ازو کم گیر خالی

اگر فرهاد شد شیرین بمانادچه باک از زرد گل‌؟ نسرین بماناد

نویسنده چو از نامه بپرداختزمین بوسید و پیش خسرو انداخت

به قاصد داد خسرو نامه را زودستد قاصد ببرد آن جا که فرمود

چو شیرین دید کآمد نامهٔ شاهرخ از شادی فروزان کرد چون ماه

سه جا بوسید و مُهر نامه برداشتوز او یک حرف را ناخوانده نگذاشت

جگر‌ها دید مشک‌اندود کردهطبرزد‌های زهر‌آلود کرده

قصب‌هایی در او پیچیده صد ماررطب‌هایی در او پوشیده صد خار

همه مقراضه‌های پرنیان‌پوشهمه زهر‌أب‌های خوش‌تر از نوش

نه صبر آن که این شربت بنوشدنه جای آن که از تندی بجوشد

به سختی و به رنج آن رنج و سختیفروخورد از سر بیدار‌بختی

Hekayəçi yazır: o bədbəxt adamŞirinin eşqindən öldükdə nakam,

Şirinin ürəyi qəmlərlə dolduKi, bağdan bir nazlı quşu yox oldu.

Bahar buludutək çatıldı qaşı,O azad sərv üçün tökdü göz yaşı.

Hörmətlə basdırdı əziz Fərhadı,Əli boş qayıtdı, sındı qanadı.

Qəbrində tikdi bir ali məqbərə,Ziyarətə gəlsin ellər bu yerə.

Xosrova hər yandan yetişdi xəbər:"Yoldakı tikandan qalmayıb əsər."

Şah öz etdiyindən çox peşman oldu,Əməlinin dərdi qəlbinə doldu.

Qəlbi rahatsızdı, əhvalı xarab,Necə verəcəkdir bu zülmə cavab?

Yamanlıq eyləsə özgəyə hər kəs,Çıxar qabağına, hədərə getməz.

Gecə-gündüz onu incidirdi qəm,Cəzasını çəkdi, belədir aləm.

Kağıza incitək sözləri düzənXüsusi katibi çağırdı birdən,

Dedi: "Gül-şəkəri qat bir-birinə,Bir şirin məktub yaz dilbər Şirinə."

Tanrı tərifilə sözü başladı,Şirin kəlmələrlə çox naxışladı:

"Gözə işıq verir tanrının adı,Ondan nur almışdır xilqət bünyadı.

İnsanı və cini eyləmiş aşkar,Ondandır yerlərdə, göylərdə asar.

Fələyi döndərir yerin başına,Edir fələklərlə yeri aşina."

Bu tərifdən sonra mətləbə keçdi,Şirinçün ən şirin sözləri seçdi:

"O şəkər gülüşlü, şəkər məzəliŞirin - bu ellərin nadir gözəli,

Eşitdim, bir qəbrin üstündə ağlar,Matəmə bürümüş könlünü bir yar.

Qara saçlarını salmış üzünə,Civə yaşlar dolmuş nərgiz gözünə.

Fərhadın qəmindən bükülmüş beli,Göyərmiş yanağı pərişan teli.

Yasəmən üzünə bənövşə saçır,Xurma dodaqları yaralı, qançır.

Dişləriylə didir dodaqlarını,Lalə dırnağıyla yanaqlarını.

Ayın üzərindən örtüyü atmış,Qara zülfü töküb matəmə batmış.

Dünyanı yandırır fəryad səsiylə,Dostunu yad edir öz nəğməsiylə.

Sevginin şərtləri böylə gərəkdir,Sədaqət, məhəbbət məhz bu deməkdir.

Dağ yıxan hammala ürəyi yanmış,Dizin-dizin gəzib, dağı dolanmış.

Ağlamaq vacibdir qərib ölmüşə,Ağlasın Fərhada dünya həmişə.

Belə bir aşiqi qəm öldürdü, bax,Biz necə insanıq ibrət almasaq?

Onun dərdləriylə nə işimiz var,Min bir dərd almışıq səndən, ey nigar!

Bu ölümdən çox bərk qəmlənmisən sən,Ölüb, ondan yenə əl götürmürsən.

Öldürüb birini dərddən, nə gərək,Sonra qüssəsindən inləsin ürək?

Qanını içməsən, qəmini də çək.Xar etdin, indi də özün ver ürək.

Torpağında onun əyləşsən yüz il,Bir də gözün onu görəsi deyil.

Göz yaşından fayda heç olmayacaq,Neçindir kababsız tüstü qaldırmaq?

Əlac yoxdur əsla qəza-qədərə,Nə ehtiyac vardır, qəmə, kədərə?

Ölümdür həyatın sonu, kim bilməz,Dünyada əbədi yaşamaz heç kəs.

Sən bir günəş idin, ulduzdu o qız,Günəş doğan zaman görünməz ulduz.

Sən bir sübh idin, o, yanar bir çıraq,Sübh oldu, çırağı kim yandıracaq?

Sən bir şamsan, o, bir sərxoş pərvanə,Pərvanə gərəkdir odlara yana.

Sən bağsan, o, səndə qurumuş tər ot,Yaxşı olar bağda qurusa hər ot.

Sən yaxıcı odsan, o, ud parçası,Yandırmazmı udu bir od parçası?

Sən gül bağçasından pərvaz edən quş,Göy Nəsri-tayiri sənə vurulmuş.

Kuzəndən bir qətrə su axıb əgər,Astanana tərəf gəlir dəclələr.

Gözəllik var ikən, qoy olmasın xal,Bədirlənmiş ay var, qoy sınsın hilal.

Fərhad öldü getdi, sağ olsun Şirin,Sarı gül soldusa, var olsun nəsrin."

Katib məktubunu yazıb bitircəkŞaha təqdim etdi yeri öpərək.

Xosrov o məktubu qasidə verdi,Qasid də Şirinə onu yetirdi.

Şahın məktubunu Şirin görürkən,Üzü aya döndü sevindiyindən.

Üç yerindən öpüb açdı məktubu,Diqqətlə oxudu, görsün nədir bu.

Müşk ilə süslənmiş ciyərlər gördü,Zəhərlə qarışıq şəkərlər gördü.

İpəkdən qıvrılmış sanki yüz ilan,Xurmaydı içində yüz acı tikan.

Üzü ipəkdəndi bu kilimlərin,Zəhərli şərbətdi, şəkərdən şirin.

Nə şərbət içməyə səbri var idi,Nə coşub qızmağın yeri var idi.

Çox incitdi onu tənəli sözlər,Baxtı oyaq idi, uddu birtəhər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring