جهان‌سالار خسرو هر زمانیبه چربی جستی از شیرین نشانی

هزارش بیش‌تر صاحب‌خبر بودکه هر یک بر سر کاری دگر بود

گر انگشتی زدی بر بینی آن ماهملک را یک به یک کردندی آگاه

در آن مدت که شد فرهاد را دیدنه کوه‌، آن قلعهٔ پولاد را دید

خبر دادند سالار جهان راکه چون فرهاد دید آن دل‌ستان را

درآمد زور دستش را شکوهیبه هر زخمی ز پای افکند کوهی

از آن ساعت نشاطی درگرفته‌ستز سنگ آیینِ سختی برگرفته‌ست

بدان آهن که او سنگ آزمون کردتواند بیستون را بی‌ستون کرد

کلنگی می‌زند چون شیر جنگیکلنگی نه که آن باشد کلنگی

بچربد روبَه اَر چربیش باشدو گر با گرگ هم‌حربیش باشد

چو از دینار جو را بیش‌تر بارترازو سر بگرداند ز دینار

اگر ماند بدین قوّت یکی ماهز پشت کوه بیرون آورَد راه

مَلِک بی‌سنگ شد زان سنگ سفتنکه بایستش به ترک لعل گفتن

به پرسش گفت با پیران هشیارچه باید ساختن تدبیر این کار

چنین گفتند پیران خردمندکه گر خواهی که آسان گردد این بند

فرو کن قاصدی را کز سر راهبِدو گوید که شیرین مرد ناگاه

مگر یک چندی افتد دستش از کاردرنگی در حساب آید پدیدار

طلب کردند نا‌فرجام‌گوییگره‌پیشانی‌یی دل‌تنگ‌رویی

چو قصاب از غضب خونی‌نشانیچو نفاط از بروت آتش‌فشانی

سخن‌های بدش تعلیم کردندبه زر وعده به آهن بیم کردند

فرستادند سوی بیستونششده بر ناحفاظی رهنمونش

چو چشم شوخ او فرهاد را دیدبه دستش دشنهٔ پولاد را دید

بسان شیر وحشی جسته از بندچو پیل مست‌گشته کوه می‌کند

دلش در کار شیرین گرم گشتهبه دستش سنگ و آهن نرم گشته

از آن آتش که در جان و جگر داشتنه از خویش و نه از عالم خبر داشت

به یاد روی شیرین بیت می‌گفتچو آتش تیشه می‌زد کوه می‌سُفت

سوی فرهاد رفت آن سنگ‌دل‌مردزبان بگشاد و خود را تنگ‌دل کرد

که ای نادان غافل در چه کاری‌؟چرا عمری به غفلت می‌گذاری‌؟

بگفتا بر نشاط نام یاریکنم زین‌سان که بینی دست‌کاری

چه یار آن یار کاو شیرین زبان استمرا صد بار شیرین‌تر ز جان است

چو مرد ترش‌روی تلخ‌گفتاردم شیرین ز شیرین دید در کار

برآورد از سر حسرت یکی بادکه شیرین مرد و آگه نیست فرهاد

دریغا آن چنان سرو شغب‌ناکز باد مرگ چون افتاد بر خاک

ز خاکش عنبر افشاندند بر ماهبه آب دیده شستندش همه راه

هم آخر با غمش دم‌ساز گشتندسپردندش به خاک و بازگشتند

در او هر لحظه تیغی چند می‌بستبه رویش‌در دریغی چند می‌بست

چو گفت آن زلف و آن خال ای دریغازبانش چون نشد لال ای دریغا‌؟!

کسی را دل دهد کاین راز گوید؟نبیند ور ببیند بازگوید‌؟

چو افتاد این سخن در گوش فرهادز طاق کوه چون کوهی درافتاد

برآورد از جگر آهی چنان سردکه گفتی دورباشی بر جگر خورد

به زاری گفت که‌آوخ رنج بُردَمندیده راحتی‌، در رنج مُردَم

اگر صد گوسفند آید فرا‌پیشبَرَد گرگ از گله‌، قربانِ درویش

چه خوش گفت آن گلابی با گلستانکه هر چت باز باید داد مستان

فرورفته به خاک آن سرو چالاکچرا بر سر نریزم هر زمان خاک

ز گل‌بن ریخته گل‌برگ خندانچرا بر من نگردد باغ زندان‌؟

پریده از چمن کبک بهاریچرا چون ابر نخروشم به زاری‌؟

فرو مرده چراغ عالم‌افروزچرا روزم نگردد شب بدین روز‌؟

چراغم مرد‌، بادم سرد از آن استمَه‌ام رفت‌، آفتابم زرد از آن است

به شیرین در عدم خواهم رسیدنبه یک تک تا عدم خواهم دویدن

صلای درد شیرین در جهان دادزمین بر یاد او بوسید و جان داد

زمانه خود جز این کاری نداندکه اندوهی دهد‌، جانی ستاند

چو کارافتاده گردد بینواییدرش درگیرد از هر سو بلایی

به هر شاخ گلی کاو درزند چنگبه جای گل ببارد بر سرش سنگ

چنان از خوش‌دلی بی‌بهر گرددکه در کامش طبرزد زهر گردد

چنان تنگ آید از شوریدن بختکه بَرباید گرفتش زین جهان رخت

عنان عمر از این‌سان در نشیب استجوانی را چنین پا در رَکیب است

کسی یابد ز دوران رستگاریکه بردارد عمارت زین عماری

مسیحا‌وار در دیری نشیندکه با چندان چراغش کس نبیند

جهان دیو است و وقت دیو بستنبه خوش‌خو‌یی توان زین دیو رستن

مکن دوزخ به خود بر خوی بد رابهشت دیگران کن خوی خود را

چو دارد خوی تو مردم‌سرشتیهم اینجا و هم آنجا در بهشتی

مخسب ای دیده چندین غافل و مستچو بیدار‌ان برآور در جهان دست

که چندان خُفت خواهی در دل خاککه فرموشت کند دوران افلاک

بِدین پنجاه ساله حقه‌باز‌یبِدین یک مُهره گِل تا چند نازی‌؟

نه پنجه سال اگر پنجه هزار استسرش بر نِه که هم ناپایدار است

نشاید آهنین‌تر بودن از سنگببین تا ریگ چون ریزد به فرسنگ

زمین نطعی است‌، ریگش چون نریزد‌؟که بر نطعی چنین جز خون نریزد

بسا خونا که شد بر خاک این دشتسیاووشی نرست از زیر این تشت

هر آن ذره که آرد تندباد‌یفریدونی بود یا کیقباد‌ی

کفی گل در همه روی زمی نیستکه بر وی خون چندین آدمی نیست

که می‌داند که این دِیر کهن‌سال‌‌؟چه مدت دارد و چون بودش احوال

به هر صد سال دوری گیرد از سرچو آن دوران شد آرد دور دیگر

نماند کس که بیند دور او رابدان تا در نیابد غور او را

به روزی چند با دوران دویدنچه شاید دیدن و چه‌توان شنیدن‌؟

ز جور و عدل در هر دور سازی‌ستدر او داننده را پوشیده‌راز‌ی‌ست

نمی‌خواهی که بینی جور بر جورنباید گفت راز دور با دور

شب و روز ابلقی شد تند‌، زنهار‌!بدین ابلق عنان خویش مسپار

به صد فن گر نمایی ذوفنونینشاید بُرد از این ابلق حرونی

چو گربه خویشتن تا کی پرستی‌؟بیفکن از بغل گربه که رستی

فلک چندان که دیگ خاک را پختنرفت از خوی او خامی چو کیمخت

قمار‌ستان چرخ نیم‌خایهبسی پرمایه را برده است مایه

عروس خاک اگر بدر منیر استبه دست باد کن امرش که پیر است

مگر خسفی که خواهد بودن از بادطلاق امر خواهد خاک را داد

گر آن باد آید و گر ناید امروزتو بر خاکی چنین مشعل میفروز

در این یک مشت خاک‌، ای خاک در مشت‌!گر افروزی چراغ از هر ده انگشت

نشد ممکن که این خاک خطرناکبر انگشت بریده برکند خاک

تو بی‌اندام ازین اندام سستیکه گاهی رخنه دارد گَه درستی

فرود افتادن آسان باشد از باماگر در ره نباشد کسر اندام

نبینی مرد بی‌اندام در خواب‌؟نرنجد گر فتد صد تیر پرتاب‌؟

ترنج از دود گوگرد آن ندیدهکه ما زین نُه ترنج نارسیده

چو یوسف زین ترنج ار سر نتابیچو نارنج از زلیخا زخم یابی

سحرگه مست شو سنگی براندازز نارنج و ترنج این خوان بپرداز

برون افکن بُنه زین دار‌ِ نُه‌درمگر که‌ایمن شوی زین مار نُه‌سر

نفس کاو خواجه‌تاش زندگانی استز ما پرورده باد خزانی است

اگر یک دم زنی بی‌عشق مرده‌ستکه بر ما یک‌به‌یک دم‌ها شمرده‌ست

بباید عشق را فرهاد بودنپس آن گاهی به مردن شاد بودن

مهندس دستهٔ پولاد تیشهز چوب نار‌ِ تر کردی همیشه

ز بهر آن که باشد دستگیر‌شبه دست‌اندر بود فرمان‌پذیر‌ش

چو بشنید این سخن‌های جگرتابفراز کوه کرد آن تیشه پرتاب

سنان در سنگ رفت و دسته در خاکچنین گویند خاکی بود نمناک

از آن دسته برآمد شوشه ناردرختی گشت و بار آورد بسیار

از آن شوشه کنون گر نار یابیدوای درد هر بیمار یابی

نظامی گر ندید آن ناربن رابه دفتر در چنین خواند این سخن را

O dünya başçısı Xosrov birtəhərHər zaman Şirindən tutardı xəbər.

Xəbər gətirənlər artıqdı mindən,Bir şey öyrənirdi o hər birindən.

O ay əl vursaydı əgər burnunaBu xəbər tezliklə yetərdi ona.

Fərhadın yanına gələndə Şirin,O polad qələni görəndə Şirin,

Tez bunu Xosrova etdilər əyanKi: Fərhad Şirini görüncə, haman

Qolunun qüvvəsi birə yüz artdı.Hər vuranda dağdan bir dağ qopartdı.

Şirini görəndən qəlbi şad olub,Daşların sərtliyi qoluna dolub.

Zərbələr vuranda görmüşük onu,Sütunsuz edəcək o, Bisütunu.

Eşqdən artmışdır qüvvəti qat-qat,Aləmi qoymuşdur külüngünə mat.

Ağıllı olarsa bir tülkü, inan,Məhv edər, canavar olsa da düşman.

Arpa tərəzidə çox olsa əgər,Tərəzi qızıldan tez üz döndərər.

Bir ay da bu gücdə qalarsa əgər,Dağı iki bölüb geniş yol çəkər.

Bu xəbərdən Xosrov ah çəkdi dərin,Qorxdu ki, çıxacaq əlindən Şirin.

Müdrik qocalardan sordu məsləhət:"Bu işdə mən necə edim hərəkət?"

Ağıllı qocalar dedilər ki: "SənƏgər istəyirsən üstün gələsən,

Bir qasid göndər, qoy Fərhada desin:Nə durmusan, öldü qəflətən Şirin!

Bəlkə belə xəbər ona yetirkənFərhadın əlləri soyudu işdən."

Gəzib bir yaramaz adam tapdılar,Üzü qırış-qırış, özü də idbar.

Üzü qəssab kimi "qan, qan" deyirdi,Ağzı Nəffat kimi "yan, yan" deyirdi.

Yaramaz sözlərdən çox öyrətdilər,Qılıncla qorxudub, zər vəd etdilər.

Bisütuna tərəf yola saldılar,Bələdçisi oldu bir xəbis, idbar.

Fərhadın yanına getdi o namərd,Qəlbində var imiş sanki ağır dərd.

Söylədi: "Ey nadan, nə işdəsən sən?Ömrü keçirdirsən qəflətdə nədən?"

Fərhad cavab verdi: "O sevgilimçinBu əziyyət mənə şirindir, şirin.

Nə sevgilim! Dili şirin-şəkərdir,O canlara dəyən nazlı dilbərdir!"

Acı dilli kişi gördü ki, ŞirinDilindən düşməyir o məğrur şirin.

Həsrətlə ah çəkib, söylədi: "Ey dad!..Şirin ölüb gedib, bilməyir Fərhad.

Hayıf o sərvdən, göz baxa-baxaÖlüm yeli saldı onu torpağa.

Aya qədər saçdı torpağı ənbər,Göz yaşı səpdilər yola gələnlər.

Qəmi dərdə saldı bütün qəlbləri,Torpağa tapşırıb döndülər geri."

Hər sözə bir xəncər bağlayırdı o,Ah çəkib yalandan ağlayırdı o.

Qasid "Hayıf o xal, o saç!" deyərkən,Əfsus, lal olmadı dili bu sözdən.

Belə alçaqlığa vicdan uyarmı?Ağ yalan danışıb, cana qıyarmı?

Fərhad bu sözləri eşidən zamanSanki dağ yıxıldı bir dağ başından.

Soyuq bir ah qopdu ciyərlərindən,Deşdi ciyərini bir ox deyəsən.

Zarıyaraq dedi: "Hayıf zəhmətim,Rahatsız həyatım, bol əziyyətim.

Yüz qoyun görsə də yenə canavarSürüdən yoxsulun payını çalar.

Gülab çəkən deyib gülə çox gözəl:Özün verdiyini geri alma, gəl!"

Uca boylu sərvim torpaqdadır, mənTorpaq sovurmayım başıma nədən?!

Gül yarpağı düşmüş öz budağından,Bu bağ olmasınmı könlümə zindan?

Bulud kimi necə etməyim xüruş?O bahar kəkliyi çəməndən uçmuş!

Olmasın gündüzüm gecə nə sayaq?Sönmüş bu dünyaya nur saçan çıraq!

Sönmüşdür çırağım, soyuqdur ahım,Batıb getdi ahım, o son pənahım.

Şirinə ədəmdə qovuşaram mən,Ədəm diyarına tez qoşaram mən."

Üzülüncə əli o dildarından"Şirin! Şirin!" deyib, yazıq verdi can.

Zəmanə insana belə tor qurur,Qəm verir, can alır, adəti budur,

Olmayanda işə bir başqa tədbirBəla hər tərəfdən qapını kəsir.

Hər gül budağına əlini vursan,Başına daş yağar gül budağından.

Ürəyi şad olmaz daha bir kərə,Şəkəri ağzında dönər zəhərə.

Tale sənə elə zərbələr vurur,Dünyadan köçməyə olursan məcbur.

Ömrün atı belə üzü dönükdür,Hər cavan bu ata, bil, minəcəkdir.

Yalnız bu dünyadan köçən insanlarBu zalım aləmdən yaxa qurtarar.

İsa kimi girər elə bir deyrə,Görünməz, düzülsə çıraq hər yerə.

Dünya div kimidir, divdən də ancaqXoş dillə, xoş üzlə olar qurtarmaq.

Cəhənnəm olmasın sənə xislətin,Behişt olsun sənin sözün, söhbətin.

Xasiyyətin əgər xoş olsa, inan,Həm burda, həm orda xoşbəxt olarsan,

Ey gözüm, bu qədər qəflətdə yatma,Bir oyan, bu qədər əl-ələ çatma.

Qara torpaq sənə olanda qəmxarYatarsan, fələk də səni unudar.

Əlli il ömr üçün torpaq möhrəyləHoqqabazlıq etmək neçindir, söylə?

Əlli min il belə yaşasan artıq,Daimi deyildir, güvənmə, yazıq!

Bərk olmayacaqsan, sən ki, bu daşdan.Bir quma döndərir onu da zaman.

Bu yer bir süfrədir, üstündə qanlar,Bu qanlardan başqa onun nəyi var?

Bu çöl torpağında çox qan axmışdır,Sanma bir Səyavuş yerdən qalxmışdır.

Bir zərrə gətirsə əgər girdibad,O bir Firidundur, ya da Keyqubad.

Bu yer üzərində bir qarış hanıTökülməsin orda insanın qanı?

Kim bilir bu qoca dünya, sonsuz dövrNə qədər ömr edib, nələr görmüşdür?

Onun dövranını bir adam görməz,Dünyadan mərhəmət görmədi heç kəs.

Bu dövranda beş gün ömrün var ancaq.Burda nə göz görər, nə dinlər qulaq.

Hər dövrdə olmuş sitəm, ədalət,Bilənlər bu sirri saxlamış fəqət.

Əgər istəmirsən qaplayıb yeriGündən-günə artsın zülmün qədəri,

Onda sirlərini bu zəmanəninBaşqa zəmanəyə deməkdən çəkin!

Gecə-gündüz ala bir ata bənzər,Cilovunu vermə ona, müxtəsər!

Yüz bir hiylən ola, yüz fənnin ola,O, harınlığından ayrılmaz əsla.

Çox dünya qazanın qaynatdı fələk,Yenə də bişmədi xörəyi gerçək.

Bu qumarxanaya bir elə diqqət,Çox varlını qoymuş varına həsrət.

On dördlük ay olsa yerin gəlini,Qocadır, ver yelə getsin əlini.

O yel ki, deyirlər qoparar tufan,Yerin talağını verər o zaman.

Əssə də o külək, əsməsə də, gəl,Belə bir küləkdə yandırma məşəl.

Bir ovuc torpaqda, ey ovcu torpaq,Əlində məşələ dönsə on barmaq,

Bir görən olmamış bu kinli dünyaKəsilmiş barmağa bir torpaq qoya.

Sən bu torpaqdansan, odur ki, beləDoludur vücudun sınıq-söküklə.

Çox asan olardı damdan yıxılmaq,Düşəndə qol-qıçın sınmasa ancaq,

Görmürsən, yuxuda bədənsiz bir kəsÇox hündürdən düşər, yenə inciməz.

Bu doqquz turuncdan gördüyümüzüTurunclar kükürddən görməmiş, düzü.

Turuncdan qaçmasan Yusiftək əgər,Züleyxa narınctək səni tez kəsər.

Səhər sərxoş olub bir daş at, nə var,Narıncdan, turuncdan dünyanı qurtar!

Doqquzbaş ilandan olmaqçün xilasBu doqquz qapılı evə qıfıl as!

Təkcə bu nəfəsdir bizlərə kömək,Onu eləməyək xəzan yelitək.

Ömrümüzün günü sayılır bir-bir,Eşqsiz keçən gün ölüm deməkdir.

Eşqin yollarında əvvəl Fərhad ol.Sonra ölümünçün sevinib şad ol!

Kəsərdi mühəndis Fərhad hər zamanPolad külüngə sap nar ağacından.

Çünki möhkəm olur yaş nar budağı.Fərhad ondan tutub çapardı dağı.

Döyünən qəlbini sözlər qanatdı,Dağların başına külüngü atdı.

Külüngün dəstəsi sancıldı yerə,Nəm torpaq can verir göyərtilərə.

Deyirlər o dəstə bir ağac oldu,Bütün budaqları narlarla doldu.

Nizami görməmiş olsa da onu,Söyləyir kitabdan oxuduğunu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets