Khosrow and Shirin, chapter 62
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
در اندیش ای حکیم از کار ایامکه پاداش عمل باشد سرانجام
نماند ضایع ار نیک است اگر دونکمربسته بدین کار است گردون
چو خسرو بر فسوس مرگ فرهادبه شیرین آن چنان تلخی فرستاد
چنان افتاد تقدیر الهیکه بر مریم سرآمد پادشاهی
چنین گویند شیرین تلخزهریبه خوردش داد از آن کاو خورد بهری
و گر میراست خواهی بگذر از زهربه زهرآلود همت بردش از دهر
به همت هندوان چون برستیزندز شاخ خشک برگ تَر بریزند
فسونسازان که از مَه مُهره سازندبه چشمافسای همت حقه بازند
چو مریم روزهٔ مریم نگه داشتدهان دربست از آن شِکّر که شه داشت
برست از چنگ مریم شاه عالمچنانک آبستنان از چنگ مریم
درخت مریمش چون از بر افتادز غم شد چون درخت مریم آزاد
ولیک از بهر جاه و احترامشز ماتم داشت آیینی تمامش
نرفت از حرمتش بر تخت ماهینپوشید از سلبها جز سیاهی
چو شیرین را خبر دادند از این کارهمش گل در حساب افتاد، هم خار
به نوعی شادمان گشت از هلاکشکه رست از رشک بردن جان پاکش
به دیگر نوع غمگین گشت و دلسوزکه عاقل بود و میترسید از آن روز
ز بهر خاطر خسرو یکی ماهز شادی کرد دست خویش کوتاه
پس از ماهی که خار از ریش برخاستجهان را این غبار از پیش برخاست
دلش تخم هوس فرمود کشتنجواب نامهٔ خسرو نوشتن
سخنهایی که او را بود در دلفشاند از طَیرَگی چون دانه در گل
نویسنده چو بر کاغذ قلم زدبه ترتیب آن سخنها را رقم زد
سخن را از حلاوت کرد چون قندسرآغاز سخن را داد پیوند
بنام پادشاه پادشاهانگناهآمرز مشتی عذرخواهان
خداوندی که ما را کارساز استز ما و خدمت ما بینیاز است
نه پیکر خالق پیکرنگارانبه حیرت زین شمار اخترشماران
زمین تا آسمان خورشید تا ماهبه ترکستان فضلش هندوی راه
دهد بیحق خدمت خلق را قوتنگارد بیقلم در سنگ یاقوت
ز مرغ و مور در دریا و در کوهنماند جاودان کس را در اندوه
گه نعمت دهد نقصانپذیریکند هنگام حیرت دستگیری
چو از شکرش فرامشکار گردیمبمالد گوش تا بیدار گردیم
به حکم اوست در قانون بینشتغیُّرهای حال آفرینش
گَهی راحت کند قسمت گَهی رنجگَهی افلاس پیش آرد گَهی گنج
جهان را نیست کاری جز دورنگیگَهی رومی نماید، گاه زنگی
گَه از بیداد این، آن را دهد دادگَه از تیمار آن، این را کند شاد
چه خوش گفتا لهاوری به طوسیکه مرگ خر بود سگ را عروسی
نه هر قسمت که پیش آید نشاط استنه هر پایه که زیر افتد بساط است
چو روزیبخش ما روزی چنین کردگَهی روزی دوا باشد، گَهی درد
خردمند آن بود کاو در همه کاربسازد گاه با گُل، گاه با خار
جهاندار مهین، خورشیدِ آفاقکه زد بر فرق هفت اورنگ شش طاق
جهان دارد به زیر پادشاهیسری و با سری صاحبکلاهی
بهشت از حضرتش میعادگاهی استز باغ دولتش طوبا گیاهی است
درین دوران که مه تا ماهی اوراستز ماهی تا به ماه آگاهی اوراست
خبر دارد که روز و شب دو رنگ استنَوالش گه شکر گاهی شرنگ است
درین صندلسرای آبنوسیگَهی ماتم بود، گاهی عروسی
عروس شاه اگر در زیر خاک استعروسان دگر دارد، چه باک است
فلک زان داد بر رفتن دلیریشکه بود آگه ز شاه و زودسیریش
از او بِهْ گر چه شه را همدمی نیستشهنشه زود سیر آمد غمی نیست
نظر بر گلسِتانی دیگر آردو زو بِهْ دلسِتانی در بر آرد
دریغ آن است کآن لعبت نماندو گر نه هر که ماند عیش راند
مرنج ای شاه نازکدل بدین رنجکه گنج است آن صنم در خاک به گنج
مخور غم کآدمی غم برنتابدچو غم گفتی زمین هم برنتابد
برنجد نازنین از غم کشیدننسازد نازکان را غم چشیدن
عنان آن بِهْ که از مریم بتابیکه گر عیسی شوی گَردَش نیابی
اگر در تخته رفت آن نازنینجفتبه ترک تخت شاهی چون توان گفت
به مِی بنشین، ز مژگان مِی چه ریزی؟غمت خیزد گر از غم برنخیزی
نه هر کش پیشمیری پیش میردبدین سختی غمی در پیش گیرد
تو زی! کاو مُرد و هر کاو زاد روزیبه مرگش تن بباید داد روزی
به نالیدن مکن بر مرده بیدادکه مرده صابری خواهد نه فریاد
چو کار کالبد گیرد تباهینه درویشی به کار آید نه شاهی
ز بهر چشمهای مخروش و مخراشز فیض دجلهای گو یک قطره کم باش
به شادی بر لب شط جامجم گیرکهنزنبیلی از بغداد کم گیر
دل نغنوده، بیاو بغنوادَتچنان کهز دیده رفت، از دل روادت
اگر سروی شد از بُستان عالمتو باقی مان که هستی جان عالم
مخور غم تا توانی باده خور شادمبادا کز سرت مویی برَد باد
اگر هستی شود دور از تو از دستبحمدالله چو تو هستی همه هست
تو دُرقدری و دُر، تنها نکوترتو لعلی، لعل، بیهمتا نکوتر
به تنهایی قناعت کن چو خورشیدکه همسر شرک شد در راه جمشید
اگر با مرغ باید مرغ را خفتتو سیمرغی، بُوَد سیمرغْ بیجفت
مرنج ار با تو آن گوهر نماندتو کانی، کان ز گوهر دَر نمانَد
سر آن بهتر که او همسر نداردگُهر آن بِهْ که همگوهر ندارد
گر آهویی ز صحرا رفت بگذارکه در صحرا بود زین جنس بسیار
و گر یک دانه رفت از خرمن شاهفدا بادش فلک با خرمن ماه
گلی گر شد چه باید دید خاریعوض باشد گلی را نوبهاری
بتی گر کسر شد کسری بمانادغم مریم مخور عیسی بماناد
Dünyanın işini yaxşı düşün sən!Nə əksən, onu da, bil, biçəcəksən.
Yaxşı iş də görsən, pis iş də, inan.Unutmaz onları bu qoca dövran.
Guya Fərhad üçün şah qəmgin olub,Şirinə yazanda bir acı məktub
Məryəm şahlığı da sona yetişdi,Allah təqdiriylə olan bir işdi.
Deyirlər ki, Şirin bir acı dərmanVerib, eyləmişdi Məryəmi candan.
Bu zəhər sözünə etmə etibar,Hümmətiylə Şirin etdi onu xar.
Hindlilər hümmətlə iş görsə əgər,Qurumuş budaqdan yaş yarpaq tökər.
Ayı möhrə edən şəbədəbazlarHümmətin gücüylə oyun çıxardar.
Məryəmtək o Məryəm oruc tutaraq,Şahın şəkərindən düşdü çox iraq.
Necə çəng-Məryəmdən qurtarar zahıMəryəmdən qurtardı dünyalar şahı.
Məryəmin vücudu köçdü aləmdən,Məryəm ağacıtək şah çıxdı qəmdən.
Adına eləyib hörmət, ehtiram,Bir ay yas saxladı onunçün tamam.
Hörmət üçün bir ay çıxmadı taxtə,Qara paltar geydi o qara bəxtə.
Şirinə çatanda bu təzə xəbərHəm sevinc gətirdi, həm də qəm, kədər,
Bir yandan şad olub dedi: "ÖlümüQurtardı həsəddən bu pak könlümü."
Bir yandan qəmlənib, o çəkirdi ahKi: "Mənimçün də var belə gün, eyvah!"
Xosrov xatirinə qəsrində bir ayİşrət düzəltmədi o işıqlı ay.
Bir ay sonra çıxdı yaradan tikan,Azad oldu dünya qəm-qubarından.
Yenidən arzusu qalxdı ayağaŞahın məktubuna cavab yazmağa.
Ürəyində olan sözləri tamamTorpağa tum kimi səpdi bu axşam.
Katib qələmini əlinə aldı,Kağızda sözləri qaydaya saldı.
Şirin kəlmələri hey düzə-düzəAllahın adıyla başladı sözə:
"Üzr istəyənlərin suçundan keçənXaliqin adıyla başlayıram mən.
Ehtiyacı yoxkən bir an da bizə,Odur səhman verən hər işimizə.
Cisim deyil, odur cismi yaradan,Münəccimlər qalmış bu işə heyran.
Yerdən göyə kimi, günəşdən ayaBitməz səxavəti, heç gəlməz saya.
Bir muzd istəmədən ruzi bəxş edər,Yaqut olur daşlar, istəsə əgər.
Uçan quşdan tutmuş qarışqayatanKimsə əbədi qəm çəkməyib, inan.
Keçər hər günahdan verərkən nemət,Əlindən yapışar heyran qalan vəqt.
Ona şükr etməyə olarkən asi,"Ayıl!" deyə, verər qulaqburması,
Bütün yaranmışlar, bir diqqət eylə,Təğyir tapır ancaq onun hökmüylə.
Rahatlıq, əziyyət - budur qismətin,Bəzən yoxsul edər, bəzən də zəngin.
Bu dünyanın vardır ikicə rəngi:Bəzən rumlu olur, bəzən də zəngi.
Bəzən zülm evini o bərbad edər,Bunun kədəriylə onu şad edər.
Lahurlutək söylə tusluya sən də:"İtin bayramıdır eşşək öləndə."
Hər rast gələn qismət şadlıq olmaz, bil,Hər yerə döşənən bir xalı deyil.
Belə ruzi verir o pərvərdigar,Bu ruzi gah dərman, gah da dərd olar.
Hər işə qanedir ağıllı insan,Payı ya gül olsun, ya da ki, tikan.
Zamanın Cəmşidi - dünya günəşiÖrtüb çadırıyla Bənatünnəşi.
Bütün bu dünyaya olub hökmdar,Həm özü başçıdır, həm də tacı var.
Dərgahında onun guşədir cənnət,Dövlət bağçasında bir otdur dövlət.
Onundur balıqdan ayadək cahan,Hər bir şey, bil, ona əyandır, əyan.
Bilir, gecə-gündüz iki rəngdədir,Gah şərbət paylayır, gah zəhər verir.
Qara, ağ sifətli bu köhnə cahanGah matəmli olur, gah toylu, inan.
Şahın gəlinini aldısa torpaq,Gəlinləri çoxdur, nədən qorxacaq?!
Fələk onu aldı, ona əyandır:Belə dostluqlardan şah tez doyandır.
Yoxsa ondan yaxşı şahın həmdəmi,Tez doyan bir könlün bundan nə qəmi?
Başqa gülüstana edər tamaşa,Ondan yaxşısıyla yatar baş-başa.
Hayıf, hayıf, o büt qalmadı, getdi.Yerdə qalanlar öz keyfini etdi.
Ey qəlbi nazik şah, incimə bundan,Xoşdur xəznə olsa torpaqda nihan.
Çətindir qəm çəkmək, qəm eyləmə sən,Əlhəzər eyləyir torpaq da qəmdən.
Qəmdən inciyərlər tez nazəninlər,Nazik təbiətçün yaramaz kədər.
Yaxşısı budur ki, Məryəmi unut,İsaya dönsən də, qayıtmaz vücud.
Nazəninin yeri olsa da taxtaVida demək olmaz o taca, taxta.
Bəsdir, qan ağlama, keyfinə başla,Qəmə tutularsan, bu qəmi boşla.
O, qurbanın oldu, sən olma qurban,Bürünmə qəmlərə, olma pərişan.
Kəs daha naləni, əziyyət yetər,Məlumdur: ölülər səbr etmək sevər,
İnsanın vücudu puç olsa artıq,Nə yoxsulluq yarar, nə hökmüdarlıq.
Quruyan çeşməyçün yanma bir belə,Nə olar Dəclədən getsə bir gilə!
Cəmşid camını al, qəm vaxtı deyil,Olmasın Bağdadda bir köhnə zənbil.
Onsuz oyaq qəlbin yatsın qoy bir az,Gözdən uzaq olan könüldə qalmaz.
Bir sərv yox oldusa dünya bağından,Əbədi yaşa ki, dünyaya cansan.
Qəm yemə, gül, sevin, sağsan nə qədər,Başından bir tükü salmasın yellər.
Səndən uzaq varlıq getsə də əldən,Var olar hər bir şey, çünki varsan sən.
Qiymətli dürrsən, dürr tək gərək,Ləlsən, yaxşıdır ləl ola tək.
Günəş kimi tək ol, axtarma bir əş,Cəmşidin dinində tək olur günəş.
Əgər cüt yaşarsa quşlar hər zaman,Sən simürğ quşusan, yalqız qal hər an.
O gövhər getdisə, qəmlənmə dərin,Sən ki bir mədənsən, çoxdur gövhərin.
Tayı tapılmayan bir baş yaxşıdır,Nadir gövhər kimi bir daş yaxşıdır.
Bir ceyran yox oldu, səbr et, qəm yemə,Çöldə ceyran çoxdur, tapılmaz demə.
Xirməndən yox oldu şahın bir dəni,Ona qurban olsun göyün xirməni.
Əgər gül yox oldu, tikanda nə var?Güllər açar yenə, gələr xoş bahar.
Bir büt əskik oldu, Kəsra sağ olsun,Məryəmçün qəm yemə, İsa sağ olsun."
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-xosrov-ve-sirin-62
Use ← → keys to move, R for a random poem
More by this author
چو سر بر کرد ماه از برج ماهیمه پرویز شد در برج شاهی
Khosrow and Shirin, chapter 45چنین در دفتر آورد آن سخنسنجکه برد از اوستادی در سخن رنج
Khosrow and Shirin, chapter 46مهینبانو دلش دادی شب و روزبدان تا نشکند ماهِ دلافروز
Khosrow and Shirin, chapter 47چون بر شیرین مقرر گشت شاهیفروغ مُلک بر مه شد ز ماهی