Khosrow and Shirin, chapter 44
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
چو سر بر کرد ماه از برج ماهیمه پرویز شد در برج شاهی
ز ثورش زُهره وز خرچنگ برجیسسعادت داده از تثلیث و تسدیس
ز پرگار حَمَل خورشید منظوربه دلو اندر فکنده بر زحل نور
عطارد کرده ز اول خط جوزاسوی مریخ شیرافکن تماشا
ذنب مریخ را میکرده در کاسشده چشم زحل هم کاسهٔ راس
بدین طالع کز او پیروز شد بختملک بنشست بر پیروزهگون تخت
بر آورد از سپیدی تا سیاهیز مغرب تا به مشرق نام شاهی
چو شد کار ممالک برقرارشقویتر گشت روز از روزگارش
کشید از خاک تختی بر ثریادر او گوهر به کشتی دُر به دریا
چنان کز بس گهرهای جهانتاببه شب تابندهتر بودی ز مهتاب
بر آن تخت مبارک شد چو شیران«مبارک باد» گفتندش دلیران
جهان خرم شد از نقش نگینشفروخواند آفرینِش آفرینَش
ز عکس آن چنان روشن جنابیخراسان را درافزود آفتابی
شد آواز نشاط و شادکامیز مرو شاهجان تا بلخِ بامی
چو فرخ شد بدو هم تخت و هم تاجدر آمد غمزهٔ شیرین به تاراج
نه آن غم را ز دل شایست راندننه غمپرداز را شایست خواندن
به حکم آن که مریم را نگه داشتکز او بر اوج عیسی پایگَه داشت
اگر چه پادشاهی بود و گنجشز بییاری پیاپی بود رنجش
نمیگویم طرب حاصل نمیکردطرب میکرد لیک از دل نمیکرد
گَهی قصد نبید خام کردیگَهی از گریه می در جام کردی
گَهی گفتی به دل کاِی دل چه خواهی؟ز عالم عاشقی یا پادشاهی
که عشق و مملکت ناید بهم راستازین هر دو یکی میبایدت خواست
چه خوش گفتند شیران با پلنگانکه خر کره کند یا راه زنگان
مرا با مملکت گر یار بودیدلم زین ملک برخوردار بودی
بخرم گر فروشد بخت بیداربه صد ملک ختن یک موی دلدار
شبی در باغ بودم خفته با یاربه بالین بر نشسته بخت بیدار
چو بختم خفت و من بیدار گشتمبدینسان بیدل و بییار گشتم
کجا آن نوبهنو مجلس نهادنبهشت عاشقان را در گشادن
نشستن با پریرویان چون نوششهنشاهِ پریرویان در آغوش
کجا شیرین و آن شیرینزبانی؟به شیرینی چو آب زندگانی
کجا آن عیش و آن شبها نخفتن؟همه شب تا سحر افسانه گفتن
کجا آن تازه گلبرگ شکربار؟شکر چیدن ز گلبرگش به خروار
عروسی را بدان رویین حصاریز بازو ساختن سیمین عماری
گَهش چون گل نهادن روی بر رویگَهش بستن چو سنبل موی بر موی
گَهی مستی شکستن بر خمارشگَهی پنهان کشیدن در کنارش
گَهی خوردن مییی چون خون بدخواهگَهی تکیه زدن بر مسند ماه
سخنهایی که گفتم یا شنیدمخیالی بود یا خوابی که دیدم
مرا گویند خندان شو چو خورشیدکه انده بر نتابد جای جمشید
دهن پر خنده خوش چون توان کرددرو یا خنده گنجد یا دم سرد
که را جویم که را خوانم به فریاد؟بهاری بود و بربودش ز من باد
خیال از ناجوانمردی همه روزبه عشوه میفزاید بر دلم سوز
ز بیخصمی گر افزون گشت گنجمز بییاری درافزوده است رنجم
من آن مرغم که افتادم به ناکامز پشمینخانه در ابریشمین دام
چو من سوی گلستان رای دارمچه سود ار بند زر بر پای دارم؟
نه بند از پای میشاید بریدننه با این بند میشاید پریدن
غم یک تن مرا خود ناتوان کردغم چندین کس آخر چون توان خورد؟
مرا باید که صد غمخوار باشدچو من صد غم خورم دشوار باشد
ز خر برگیرم و بر خود نهم بارخران را خنده میآید بدین کار
مه و خورشید را بر فرش خاکیز جمعیت رسید این تابناکی
پراکندهدلم، بینور از آنمنیَم مجموعْدل، رنجور از آنم
ستاره نیز هم ریحان باغندپراکندند، از آن ناقص چراغند
شراره زان ندارد پرتو شمعکه این نور پراکندهست و آن جمع
نه خواهد دل که تاج و تخت گیرمنه خواهم من که با دل سخت گیرم
دل تاریکروزم را شب آمدتن بیمارخیزم را تب آمد
نمیشد موش در سوراخ کژدمبه یاری جایروبی بست بر دم
سیاهک بود زنگی خود به دیداربه سرخی میزند چون گشت بیمار
دگر ره بانگ زد بر خود به تندیکه با دولت نشاید کرد کندی
چو دولت هست بخت آرام گیردز دولت با تو جانان جام گیرد
سر از دولت کشیدن سروری نیستکه با دولت کسی را داوری نیست
کس از بیدولتی کامی نیابدبه از دولت فلک نامی نیابد
به دولت یافتن شاید همه کامچو دانه هست مرغ آید فرادام
تو گندم کار تا هستی برآردگیا خود در میان دستی برآرد
به هر کاری در از دولت بود نورکه باد از کار ما بیدولتی دور
بسی بر خواند ازین افسانه با دلچو عشق آمد کجا صبر و کجا دل
صبوری کرد با غمهای دوریهم آخر شادمان شد زان صبوری
Ay yüksələn zaman Balıq bürcündənPərviz Şah bürcündə salmışdı məskən.
Sövr Zöhrə ilə, Xərçəng Bürcislə,Səadət yayırdı Təslis Təsdislə.
Həməl pərgarından günəş baxaraq,Etdi Dəlv bürcündən Zühəli parlaq.
Bir yanda Ütarid Cövza başından,Şir yıxan Mərrixə baxırdı heyran.
Salmışdı Mərrixi Zənəb kəməndə,Zühəlin gözüylə Rəs düşmüş bəndə.
Tale belə xoşbəxt bir qurğu qurdu,Şah firuzə rəngli taxta oturdu.
O, ağı qaradan dərhal ayırdı,Məğribdən məşriqə yayıldı adı.
Məmləkət hökmünə keçəndən bəriGündən-günə artdı qüdrət əsəri,
Taxtını ucaltdı ülkərə qədər,İncisi gəmiylə, dənizlə gövhər!
Taxtında qiymətli gövhərlər vardı,Gecələr mehtabdan artıq parlardı.
Xosrov öz taxtına oturdu şirtək,İgidlər söylədi çox-çox "Mübarək!"
Möhründən bəzəndi üzü hər yerin,Yaranmışlar ona dedi: "Afərin!"
Üzünün günəşi hər yerdə yandı.Xorasanda yeni günəş oyandı.
Şadlıq təranəsi, sevincli səslərYayıldı Mərvdən ta Bəlxə qədər.
Şah taxtü tacına yetişən zamanŞirinin qəmzəsi başladı talan.
Nə könüldən qəmi atmaq olurdu,Nə də qəm verənə çatmaq olurdu.
Çünki Məryəm idi indi arvadı,Onun sayəsində yüksəldi adı.
Doğrudur, şahlığı, xəznəsi vardı,Şirinsiz qəmgindi, çox biqərardı.
Demirəm, şadlanmır, heç olmurdu şən.Deyirəm, gülmürdü açıq ürəkdən.
Mey içib nəğmələr dinlərdi bəzən,Bəzən mey tökürdü cama gözündən.
Gah deyirdi: "Nədir istəyin, ürək!Şahlıq, ya aşiqlik, cavab ver görək?
Hökumət eşq ilə uymaz heç zaman,Gərək birisindən yapışa insan.
Pələngə şir dedi: - Məsəldir, bişəkk.Ya Zəngana gedər, ya doğar eşşək,
Hər ikisi olsa, həm şahlıq, həm yar,Ürək də şahlıqdan bir ləzzət alar.
Bəxtim yüz ölkəni ver desə, yenəVerərəm yarımın bircə telinə.
Yarımla bir gecə yatmışdım bağda.Durmuşdu yanımda, bəxtim ayaqda.
Bəxtim yatan zaman mən tez oyandım,Sevgilisiz qalıb odlara yandım.
Mənə deyirlər ki, günəş kimi gül!Cəmşidin yerində qəm rəva deyil.
Könüldə qəm varkən gülmək olarmı?Qəmli ürəklərə sevinc dolarmı?
Nakam bir quşam ki, mən yun yuvadanİpək tor içinə düşmüşəm, aman!..
Qəlbim gülüstana getmək arzular,Əfsus ayağımda var qızıl cidar.
Nə belə cidarı açmaq mümkündür.Nə də o zəncirlə uçmaq mümkündür.
Birinin dərdindən xəstələnmişəm,Mümkünmü bir elin qəmini çəkəm?
Yüz nəfər gərəkdir ovutsun məni,Necə yüz nəfərin çəkim qəmini?
Özümü yükləsəm eşşək yüküylə,Gülər bu işimə eşşəklər belə.
Ayla günəş çıxıb birləşdiyindənYer üzü olmuşdur bu qədər rövşən.
Ürək birləşməyib öz istəyilə,Könlüm dağınıqdır, nursuzam belə.
Gültək ulduzlarla bu bağ doludur,Dağınıq düşərək, saçmayırlar nur.
Qığılcımdan şamın nuru çox olar,Qığılcım dağınıqdır, şamda birlik var.
Ürəyim taxt üçün düşmüş kəməndə,Sıxmaq istəmirəm könlümü mən də.
Qəlbimə qara gün bir gecə gəldi,Canıma qızdırma, bax, necə gəldi!
Əqrəb yuvasına sığmayan siçanSüpürgə bağladı bir də dalından.
Zəncinin sifəti qaradır əslən.Ancaq xəstəlikdə saralar birdən".
Sonra hirslə dedi: "Diqqət et bir az!Dövlətlə zarafat eyləmək olmaz.
Hökmdarlıq varkən bəxtin yar olar,Canan sənə munis, vəfadar olar.
Dövlətdən əl çəkmək bir fayda verməz,Mühakimə etməz dövlətlə heç kəs.
Hasil olarmı heç dövlətsiz murad?Tapılmaz dövlətdən daha yaxşı ad.
Arzular dövlətlə olmuşdur hasil,Quş da tora gələr dən olanda, bil.
Buğda ək ki, sənə dirilik verər,Buğda arasında ot özü bitər.
Dövlətdir hər işi işıqlandıran,Dövlətsiz olmaqdan uzaqlaş hər an."
Ürəyində belə çox söz söylərdi.Səbr olarmı, varsa məhəbbət dərdi...
Ayrılıq qəminə səbr etdi indi,Bu işdən axırda özü sevindi.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-xosrov-ve-sirin-44
Use ← → keys to move, R for a random poem
More by this author
به خدمت شمسهٔ خوبان خَلُّخزمین را بوسه داد و داد پاسخ
Khosrow and Shirin, chapter 76چو خسرو دید کهآن معشوق طنازز سر بیرون نخواهد کردن آن ناز
Khosrow and Shirin, chapter 77اجازت داد شیرین باز لب راکه در گفت آوَرَد شیرین رطب را
Khosrow and Shirin, chapter 78شباهنگام کاهوی ختنگَردز نافِ مشکِ خود خوَر را رسن کرد
Poems by other poets
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Derdim o məst gözlərinin çox bəlası varDerdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.
DardadırCoşğun eşqim, gəl mənimlə həmdəm ol,Qeydə qalaq, bir sirdaşım dardadır.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.