Khosrow and Shirin, chapter 76
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
چو خسرو دید کهآن معشوق طنازز سر بیرون نخواهد کردن آن ناز
فسونی چند با خواهش بر آمودفسون بردن به بابِل کی کند سود؟
به لابه گفت کاِی مقصودِ جانمچراغِ دیده و شمعِ روانم
سرم را بخت و بختم را جوانیدلم را جان و جان را زندگانی
چو گردون با دلم تا کی کنی حَرب؟به بَستوی تُهی میکن سرم چرب
به عشوه، عاشقی را شاد میکنمبارک مردهای آزاد میکن
نبینی عیب خود در تندخوییبدینسان عیب من تا چند گویی؟
چو کوری کاو نبیند کوری خویشبه صد گونه کشد عیبِ کسان پیش
ز لعل این سنگها بیرون مَیَفکنبه خاک افکندیام در خون مَیَفکن
هلاکم کردی از تیمارخواری!عفاک الله زهی تیمارداری!
شب آمد برف میریزد چو سیمابز یخ مهری چو آتش روی برتاب
مکن کهامشب ز برفم تاب گیردبدا روزا که این برف آب گیرد
یک امشب بر در خویشم بده بارکه تا خاک درت بوسم فلکوار
به زانوی ادب پیشت نشینمبدوزم دیده وآنگه در تو بینم
ره آن کس راست در کاشانهٔ توکه دوزد چشم خود در خانهٔ تو
مدان آن دوست را جز دشمنِ خویشکه یابی چشم او بر روزن خویش
بر آن کس دوستی باشد حلالتکه خواهد بیشی اندر جاه و مالت
رفیقی کاو بُوَد بر تو حسدناکبه خاکش ده که نرزد صحبتش خاک
مکن جانا به خون حلق مرا تَرمدارم بیش ازین چون حلقه بر در
عذابم میدهی وآن ناصواب استبهشت است این و در دوزخ عذاب است
بهشتی میوهای داری رسیدهبه جز باغ بهشتش کس ندیده
بهشت قصر خود را باز کن دردرخت میوه را ضایع مکن بر
رطب بر خوان رطبخواری نه بر خوانسکندر تشنهلب بر آب حیوان
درم بگشای و راه کینه دربندکمر در خدمت دیرینه دربند
و گر ممکن نباشد در گشادنغریبی را یک امشب بار دادن
برافکن برقع از محراب جمشیدکه حاجتمند برقع نیست خورشید
گر آشفته شدم هوشم تو بردیببر جوشم که سر جوشم تو بردی
مفرح هم تو دانی کرد بر دستکه هم یاقوت و هم عنبر تو را هست
لبی چون انگبین، داری ز من دورزبان در من کشی چون نیشِ زنبور
مکن با این همه نرمی، درشتیکه از قاقم نیاید خار پشتی
چنان کن کز تو دلخوش باز گردمبه دیدار تو عشرتساز گردم
قدم گر چه غبارآلود دارمبه دیدار تو دل خشنود دارم
و گر بر من نخواهد شد دلت راستبه دشواری توانی عذر آن خواست
مکن بر فرق خسرو سنگباریچو فرهادش مکش در سنگساری
کسی کاندازد او بر آسمان سنگبه آزار سر خود دارد آهنگ
شکست سر کنی، خون بر تن افتدقفای گردنان، بر گردن افتد
گذر بر مهر کن چون دلنوازانبه من بازی مکن چون مهرهبازان
نه هر عاشق که یابی مست باشدنه هر کز دست شد زان دست باشد
گَهی با من به صلح و گَه به جنگیخدا توبه دهادت زین دو رنگی
سپیدی کن حقیقت یا سیاهیکه نبود مارماهی، مار و ماهی
شدی بدخو، ندانم کاین چه کین است!مگر کهآیین معشوقان چنین است!
مرا تا بیش رنجانی که خاموشچو دریا بیشتر پیدا کنم جوش
تو را تا پیشتر گویم که بشتابشوی پَستر چو شاگرد رسنتاب
مزن چندین جراحت بر دل تنگدلست این دل نه پولاد است و نه سنگ
به کام دشمنم کردی نه نیکوستکه بد کاریست دشمنکامی ای دوست
بده یک وعده چون گفتار من راستمکن چندین کجی در کار من راست
به رغم دشمنان بنواز ما رانهان میسوز و میساز آشکارا
به شور انگیختن چندین مکن زورکه شیرین تلخ گردد چون شود شور
بکن چربی که شیرینیت یارستکه شیرینی به چربی سازگارست
ترا در ابر میجستم چو مهتابکنونت یافتم چون ابرِ بیآب
چراغی عالم افروزنده بودیچو در دست آمدی سوزنده بودی
گلی دیدم ز دورت سرخ و دلکشچو نزدیک آمدی خود بودی آتش
عتاب از حد گذشته جنگ باشدزمین چون سخت گردد سنگ باشد
نه هر تیغی بود با زخم هم پشتنه یکسان روید از دستی ده انگشت
توانم من کز اینجا باز گردمبه از تو با کسی دمساز گردم
ولیکن حق خدمت میگزارمنظر بر صحبت دیرینه دارم
Xosrov gördü Şirin ondan uzaqdır,Naz-qəmzə başından çıxmayacaqdır.
Bir xahişə çatdı yenə yüz əfsun,Babilə neyləyər, min əfsun olsun?
Yalvararaq dedi: "Ey can cövhərim!Gözümün çırağı, dürrüm, gövhərim!
Sən ey cavan bəxtim, müqəddəratım,Döyünən ürəyim, ruhum, həyatım,
Fələktək nə qədər zülm edəcəksən?Yağmasan da barı gurulda bir sən.
İşvənlə aşiqi bir az şad elə,Bu ölmüş qulunu gəl azad elə.
Qəzəbdən görmürsən öz eybini sən,Mənim nöqsanımı bir-bir deyirsən.
Korlar korluğunu görməyən kimi,Ortaya tökürsən mənim eybimi.
Ləlindən kənara böylə daş atma,Yıxmısan, bir daha vurub qanatma.
Məni həlak edir çəkdiyim bu qəm,Allah rəhm eləsin, ağır xəstəyəm.
Gecə civə qarlar tökülür bol-bol,Buz mehribanlıqdan əl çək, bir od ol!
Gəl, elə etmə ki, qızışım qardan,Qar ki, suya döndü pis olar, inan!
Qoy bir bu gecəlik qapıdan girim,Sənin kandarına eyləyim təzim.
Oturum qarşında mən diz çökərək,Heç kəsə baxmayıb, səni görüm tək.
Qəsrinə layiqdir elə bir adam,Dikilə gözləri evinə müdam.
Gözü pəncərədən ayrılmayanlarDüşmənindir, bilmə onları sən yar.
Kim istəsə artsın sənin cəlalın,Odur yaxın dostun, odur halalın.
Paxıllıq eyləsə hüsnünə hər kəs,Onun yoldaşlığı torpağa dəyməz.
Qanla boğazımı islatma, mələk,Saxlama qapıda məni halqatək.
Mənim belə əzab çəkdiyimi bil,Bura ki, cənnətdir, cəhənnəm deyil.
Cənnətsən, yetişmiş yaxşı barın var,Hələ görünməyib kimsəyə onlar.
O behişt qəsrinin qapısını aç,Qoyma ki, məhv ola meyvəli ağac.
Qapını aç mənə, boşla bu kini,Yenidən başla öz xidmətlərini.
Qapını açmaq da mümkün olmasa,Bu qəribə burda bir gün olmasa,
Günəş camalından bu örpəyi aç!Günəş olmamışdır örpəyə möhtac.
Bihuşam, huşumu alan da sənsən.İlk sevgim səndədir, gəl, qaçma məndən.
Versən sən verərsən şəfanı, ey yar,Yaqut dodaqların, ənbər saçın var.
O bal dodağını gizlədib, pəri!Dilini eyləmə arı neştəri
Belə yumşaqlıqla sərtlik nə gərək?Qaquma yaraşmaz olsun kirpitək
Bir iş gör ki, səndən könlüm xoş olsun,Səni görən ürək nəşəylə dolsun.
Toza bulaşmışsa qədəmim əgər,Könlümü açmaqçün üzünü göstər
Qəlbin düzəlməsə mənimlə, canan,Üzrü çətin olar bu işin, inan!
Xosrovun başına tökmə daşları,Fərhad kimi çəkmə daşlığa sarı.
Hər kim asimana atarsa daşı,Zərər çəkəcəkdir yəqin öz başı.
Başı yaralasan tənə axar qan,Yüksəlməz gücünə çox məğrur olan.
Mehribanlıq elə dilnəvaz kimi,Mənimlə oynama oyunbaz kimi
Zənn etmə, hər aşiq məst olmaq bilir.Hər yıxılan adam sərxoş deyildir.
Gah sülh başlayırsan, gah da ki, cəng sən,Allah bağışlasın, nə ikirəngsən!
Ya qara ol, ya ağ, nədir bu qılıq?İlan balıq deyil hər ilanbalıq.
De, mənə qarşı bu nə ədavətdir?Yoxsa gözəllərdə bu bir adətdir?
Məni incidirsən "coşma" deyərək,Özün coşdurursan məni dəniztək.
Mən sənə deyirəm; gəl yaxınlaşaq,İp eşən uşaqtək gedirsən uzaq.
Qəlbimə yaralar vurmaqdan əl çək,Bu polad, daş deyil, ürəkdir, ürək!
Məni eyləmisən düşmənlərə kam,Dosta yaxşı deyil dost olsa bədnam.
Doğru sözüm kimi bir vədə ver gəl,Bu doğru işimə törətmə əngəl.
Sən razı olma ki, sevinsin düşman,Xəlvətdə yandırsan, üzdə xoş dolan.
Davaya meyl etmə, bəsdir bu qədər,Şirniyə duz qatsan acı dad verər.
Yağlı ol, şirinlik çünki səndə var,Yağ ilə şirinlik yaxşı uyuşar.
Buludla ay kimi gəzirdim səni,Susuz bulud kimi tapdım sinəni.
Aləmə nur saçan bir şən çıraqdın,Ələ götürəndə əlimi yaxdın.
Uzaqdan baxanda bir qızıl güldün,Yaxında od oldun, qəlbə töküldün,
Çox da acıqlanma, bərk savaş olar,Torpaq bərkiyəndə axır daş olar.
Zənn etmə hər qılınc dəysə, yaralar,Əldəki on barmaq deyil barabar.
Burdan qayıdaram, istəsəm, əlbət,Səndən yaxşısıyla edərəm ülfət.
Keçmişin borcunu verirəm ancaq,O köhnə söhbətə etmişəm maraq."
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-xosrov-ve-sirin-76
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.