Iqbalnama, chapter 13
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
مغنی بیار آن نوای غریبنو آیینتر از نالهٔ عندلیب
Müğənni, öt yenə, o lətif səsinBülbülün səsini batil eyləsin.
نوایی که در وی نوایی بودنوایی نه کز بینوایی بود
Nəvalar nəvası olsun bu nəva,Dərdlərin dəvası olsun bu nəva.
خُنیده چنین شد در اقصای رومکه بیسیمی آمد ز بیگانهبوم
Belə deyirlər ki, Ruma bir zamanBir yoxsul gəlibmiş başqa diyardan.
به کم مدتی شد چنان سیمسنجکه شد خواجهٔ کاروانهای گنج
Az vaxtda qazanmış o çoxlu dövlət,Yığmış karvan-karvan xəzinə, sərvət.
کس آگه نه کان گنج دریاشکوهز دریا بر او جمع شد یا ز کوه
Ancaq bilən yoxmuş dərya xəzinəDağdan, ya dənizdən çıxıb bəxtinə?
یکی نامش از کانکنی میگشادیکی تهمت رهزنی مینهاد
Kimisi deyirdi: mədən tapıbdır,Kimisi deyirdi: yox, ev çapıbdır.
سرانجامش آزاد نگذاشتندبه شاه جهان قصه برداشتند
Əlqərəz, yazıqdan əl çəkmədilər,Axır ki, padşaha verdilər xəbər.
که آمد تهیدستی از راه دورنه در کیسه رونق، نه در کاسه نور
Dedilər: "Yad eldən bura bir adamGəlmişdi, əvvəllər yoxsuldu tamam.
به تاریخ یکسال یا بیش و کمبهدست آوریدهست چندین درم
Keçməmiş aradan bircə il müddət,O qədər qazanmış qızıl, mal, sərvət
که گر شه گمارد بر آن دَه دبیرز تفصیل آن عاجز آید ضمیر
Ki, padşah on katib ayırsa əgər,Onun dövlətini saya bilməzlər.
یکی نانوا مرد بُد بینوانه آبی روان و نه نانی روا
O bir çörəkçiydi əvvəl, yoxsul, ac,Quru çörəyə də, suya da möhtac.
کنون لعل و گوهر فروشی کندخرد کی در این ره خموشی کند؟
İndi alıb-satır ləl ilə gövhər,Ağıl bu barədə heç susa bilər?
نه پیشه نه بازارگانی نه زرعچنین مایه را چون بود اصل و فرع؟!
Peşə yox, alver yox, əkin də əkməz,Bu qədər dövləti hardan tapıb bəs?"
صواب آنچنان شد که شاه جهاناز احوال او باز جوید نهان
Yığılıb gördülər belə məsləhət:Şah ondan bu sirri soruşsun xəlvət.
جهاندار فرمود کان زادمردفروشوید از دامن خویش گرد
Əmr etdi padşah ki, o kişi bir günÜstündən şübhəni götürmək üçün
به خلوت کند شاه را دستبوسز تشنیع برنارد آوای کوس
Xəlvəti padşahın yanına getsin,Bu sirri xoşluqla ona nəql etsin.
درمدارِ مقبل به فرمان شاهبه خدمت روان شد سوی بارگاه
Varlanmış çörəkçi gedib bargaha,Ədəblə baş əydi ulu padşaha.
درون رفت و بوسید شه را زمینزمین بوس چون کرد خواند آفرین
Diz çökdü, bir daha təzim eylədi,Torpağa düşərək səna söylədi.
چو شاه جهانش جوان دید بختجوانبخت را خواند نزدیک تخت
Şah onu görəndə bəxtəvər, xoşbəxt,Təxtinin yanına eylədi dəvət.
بسی نیک و بد مرد را کرد یادسخنها کزو گنج شاید گشاد
Gahdan hədələdi, gah xoş danışdı,Sonra xəzinədən söz-söhbət açdı.
که مردی عزیزی و آزادچهربه فرخندگی در تو دیده سپهر
Dedi ki: "Sən xoşbəxt adamsan, yəqin.Fələk də xoş baxmış üzünə sənin.
شنیدم چو اینجا وطن ساختیبه یک روزه روزی نپرداختی
Eşitdim buraya köçüb gələndəBir günlük azuqə yox imiş səndə.
کنون رخت و بنگاهت آنجا رسیدکه نتواندش کاروانها کشید
İndisə, deyirlər, çox sərvətin var,Acizdir çəkməyə onu karvanlar.
بباید چنین گنج را دسترنجوگرنه من اولیتر آیم به گنج
Dövlət qazanmaqçın çəkərlər zəhmət,Padşaha yetişər tapılma dövlət.
اگر راست گفتی که چونست حالز من ایمنی، هم به سر هم به مال
Bu işin sirrini doğru söyləsən,Canından, malından arxayın ol sən.
وگر بر دروغ افکنی این اساسسر و مال بستانم از ناسپاس
Yox, əgər sözündə duysam bir yalanƏmrimlə ən ağır cəza alarsan!.."
نیوشنده چون دید کز خشم شاهبجز راستی نیست او را پناه
Çörəkçi gördü ki, qəzəblənib şah,Bildi ki, düzlüyə qalıbdır pənah.
زمینبوسِ شه تازهتر کرد بازچنین گفت کای شاه عاجزنواز
Təzim eləyərək şaha yenidən,Söylədi: "Ey padşah, eşitmişəm mən,
ندیده جهان نقش بیداد توبه نیکی شده در جهان یاد تو
Zülmünü görməyib kimsə dünyada,Yaxşılıq yaraşır səndəki ada.
رعیت ز دادت چنان دلخوشندکه گر جان بخواهی به پیشت کشند
Xoş rəftar edibsən sən rəiyyətlə,Yolunda can qoyar hamı minnətlə.
مرا مال و نعمت زمینزاد توستهم از دادهٔ تو هم از داد توست
Sənin torpağında qazandım nemət,Sənin sayəndədir məndəki dövlət.
اگر میپذیری ز من هر چه هستبگو تا برافشانم از جمله دست
Əgər qəbul edib buyuruq versən,Tamam əl çəkərəm var-dövlətimdən.
به کمتر غلامی دهم شاه رازنم بوسه این خاک درگاه را
Ən axmaq quluna bəxş edib, əlan,Torpağı öpərək gedim qapından.
چو شه گفت کهاحوال خود باز گویبگویم که این آب چون شد به جوی
Əgər soruşursan, budur doğrusu,Nəql edim nə cürə gəldi arxa su:
من اول که اینجا رسیدم فرازتهیدست بودم ز هر برگ و ساز
Ey şahım, mən bura gəldiyim zamanƏliboş bir quldum, yoxsul bir insan.
دلم را غم بینوایی شکستگرفتم ره نانوایی بهدست
Möhnət içindəydi ömrüm, həyatım,Dedim, çörək satıb, çörəyə çatım.
وزان پیشه نیزم نوایی نبودکه در کار و کسبم وفایی نبود
Peşəmdən dərdimə olmadı dəva,Doğrusu, bundan da görmədim səfa.
به شهری که داور بوَد پیفراخشود دخل بر نانوا خشک شاخ
Şahı səxavətli bir məmləkətdəÇörəkçi varlana bilməz, əlbəttə.
ز هر سو سراسیمه میتاختمبه بیبرگی آن برگ میساختم
Karıxıb hər yerə baş vururdum mən,Təsəlli tapırdım bu əlləşmədən.
زنی داشتم قانع و سازگارقضا را شد آن زن ز من باردار
Mənim bir arvadım vardır, çox zirək,O, hamilə idi... qaldıq neyləyək?...
به سختی همیگشت بر ما سپهرشد از مهر گردنده یکباره مهر
Çox çətin vururduq başa hər günü,Günəş də kəsmişdi bizdən lütfünü.
زن پاکدامنتر از بوی مُشکشکیبنده با من به یک نان خشک
Müşkün ətrindən də safdı o mələk,Yeyirdik onunla biz yavan çörək.
چو آمد گهِ زادن او را فرازبه کشگینهٔ گرمش آمد نیاز
Yetişdi arvadın doğum möhləti,Məndən bir az isti quymaq istədi.
ز چیزی که دارد به خوردن بسیچنبودم به جز خون در آن خانه هیچ
Evdə yemək üçün - ürək qanındanBaşqa heç şey yoxdu, ey şahım, inan!
من و زن در آن خانه تنها و بسمرا گفت کای شوی فریاد رس
Evdə ikimizdik - bir mən, bir arvad,Dedi ki: "Ay kişi, bir dadıma çat,
اگر شوربایی به چنگ آوریمن مرده را باز رنگ آوری
Ölürəm, bir azca şorba düzəltsənÖlümdən canımı qurtararsan sən.
وگرنه چنان دان که رفتم ز دستستمگاره شد باد و کشتی شکست
Yoxsa ki, ölmüş bil məni, həmdəmim,Əcəl küləyindən batacaq gəmim."
چو من دیدم آن نازنین را چنانبرون رفتم از خانه زاریکنان
Bu halda görəndə əziz yarı mənAğlaya-ağlaya tez çıxdım evdən.
ز سامان به سامان همه کوی و شهردویدم مگر یابم از توشه بهر
Ona bir yeməli şey tapmaq üçünGəzdim küçə-küçə şəhəri bütün.
ندیدم دری کان نه در بسته بودکه سختی به من سخت پیوسته بود
Bağlıydı üzümə qapılar - hər yan,Bədlik bərk tutmuşdu mənim yaxamdan.
رسیدم به ویرانهای دور دستدرو درگهی با زمین گشته پست
Baş alıb şəhərdən çıxdım kənara,Rast gəldim köhnə bir xarabazara.
بسی گِرد ویرانه کردم طوافشتابنده چون دیو در هر شکاف
Gəzdim dönə-dönə o xarabanı,Bir acgöz div kimi eşdim hər yanı.
سرایی کهن یافتم سالخورددری در نشسته بر او دود و گرد
Kim bilir nə vaxtdan qalıb bu saray,Basıb qapısını toz-torpaq lay-lay...
در او آتشی روشن افروختهبر او هیمه خروارها سوخته
Burda da bir zaman məşəllər yanmış,Ətirli udlarla nura boyanmış.
سیه زنگییی دیدم آتشپرستسفالین سبویی پر از می بهدست
Bir zənci gördüm ki: - atəşpərəstdi.Əlində bir kuzə, özü də məstdi.
بر آتش نهاده لویدی فراخنمکسود فربه در او شاخ شاخ
Asmışdı ocağa dolu bir qazan,Basmışdı hər yanı orda buğ, duman.
چو زنگی مرا دید برجست زودبپیچید بر خود به کردار دود
Zənci dik atıldı yad adam görcək,Burula-burula qalxdı tüstütək.
به من بانگ برزد کهای دیوزادشبیخون من چونت آمد به یاد؟
Üstümə çığırdı: "Ey div oğlu, sənÜstümə cumaraq nə istəyirsən?
تو دزدی و من نیز دزد، این رواست؟به دزدی شدن پیش دزدان خطاست
Sən də oğrusansa mənimtək əgər.De, oğru oğrudan oğurluq edər?"
من از هول زنگی و تیمار خویشفروماندم آشفته در کار خویش
Onun qorxusundan onun hövlündənÖzümü itirib mat qalmışdım mən.
زبان برگشادم به آیین زنگدعا گفتم آوردم او را به چنگ
Zənci adətilə tutaraq dilə,Könlünü birtəhər gətirdim ələ:
که از بینوایی و بیمایگیگرفتم در این سایه همسایگی
"Mən kiməm? Bir kasıb, bir fağır adam,Gəldim ki, sayəndə mən də dolanam.
جوانمردیِ چون تو شیرافکنیشنیدم به افسانه از هر تنی
Hamı söyləyir ki, sən aslanbasanSəxavət əhlisən, mərd bir adamsan.
نخوانده به مهمان تو تاختمسر خویش در پایت انداختم
Odur ki, dəvətsiz qonaq gəlmişəm,Səni mən özümə pənah bilmişəm.
مگر کز تو کارم به جایی رسددر این بینوایی نوایی رسد
Bəlkə köməyinlə işim düzələ,Əlimə bir qədər var-dövlət gələ..."
چو زنگی زبان مرا چرب دیدوزآن گونه گفتار شیرین شنید
O məndə belə bir şirin dil görcək,Acığı soyudu, yumşaldı mumtək.
از آن چرب و شیرین رها کرد حربکه دشمنفریب است شیرین و چرب
Odur ki, əl çəkdi bəhs eləməkdən,Çünki yağlı dilə aldanar düşmən.
بگفتا خوری باده؟ دانی سرود؟بگفتم بلی، پیشم آورد رود
"İçən, çalansanmı?" deyə soruşdu."Bəli!" Cavab verdim, gətirdi rudu,
از او بستَدَم رود عاشقنوازز بیسازیاش پرده بستم به ساز
Mən də həmin rudu alaraq ələ,Qorxumdan kökləyib gətirdim dilə.
سر زخمه بر رود بگماشتمسرودی فریبنده برداشتم
Mizrabı tellərdə oynadıb bu anBir nəğmə başladım ona yalandan.
درآوردم او را به بانگ و خروشچو دیگی که از گرمی آید به جوش
Qaynar qazan kimi o coşdu, daşdı,Başladı hay-küyə, həddini aşdı.
گهی خورد ریحانییی زان سفالگهی کوفت پایی به امید مال
Gah şərab içirdi o gülə-gülə,Gah da rəqs edirdi qazanc eşqiylə.
زدم زخمهای چند زنگیفریببرون بردم از جان زنگی شکیب
Zəncini aldadan bir hava çaldım,Onun damarını əlimə aldım.
حریفانه با من درآمد به کارچو سرمست شد کرد راز آشکار
Mənimlə həriftək elədi rəftar,Məst olub sirrini danışdı aşkar.
که امشب در این کاخِ ویرانهرنگبه امید مالی گرفتم درنگ
Dedi: "Gözləyirəm burda gizlicə,Varlanmaq qəsdim var mənim bu gecə.
دگر زنگییی هست همزاد منکه مِی خوردنش نیست بییاد من
Var mənim özümtək bir yoldaşım da,Mənsiz şərab içməz əsla dünyada.
یکی گنجدان یافتیم از نهفتکه هیچ اژدهاییش بر سر نخفت
Gizli bir xəzinə keçibdir ələ,Üstündə əjdaha yatmayıb hələ.
مگر ما، که هستیم چون اژدهاز دل کرده آزرم هر کس رها
Yalnız ikimizik ona əjdaha,Odur ki, quldurluq etmirik daha.
بوَد سالی اکنون کزان کان گنجخوریم و نداریم خود را به رنج
Bir ilə yaxındır o xəzinədənYeyib kef çəkirik dərd-qəm bilmədən.
من اینجا نشستم چنین بیهمالدگر زنگیی رفته جویای مال
Tükənib xəzinə, xeyli azalıb,Yerində sonuncu bağlama qalıb.
ز گنجینهٔ آن همه سیم و زرهمانا که یک پشته مانده دگر
Dostum gedibdir ki, gətirsin onu,Mən də gözləyirəm-burda yolunu.
چو امشب رسیدی تو مهمان ماروان است حکم تو بر جان ما
Bu gecə sən bizə gəlibsən qonaq,Odur ki, biz gərək qulluqda duraq.
به شرطی که چون آید آن رهنوردکشد گوهر سرخ و یاقوت زرد
Ancaq bir şərtim var: o qayıdanda.Xəzinə gətirib gələn zamanda
تو در کنج کاشانه پنهان شویشکیبنده چون شخص بیجان شوی
Bir küncdə qısılıb durasan gərək,Səs-səmir çıxmasın səndən ölütək.
که من در دل آن دارم ای هوشمندکه آن اژدها را رسانم گزند
Mənim fikrim budur: bu əjdahanıBu gecə öldürüm, qoy çıxsın canı.
هر آن گنج کارَد به تنها برمبه کنجی نشینم به تنها خورم
Bütün xəzinəyə mən olub yiyə,Çəkilib sığınım dinc bir guşəyə.
تو را نیز از آن قسمتی بامداددهم تا دلت گردد از گنج شاد
Sənə də, əzizim, ondan bir qədərQoy könlün şad olsun, verərəm səhər..".
من و زنگی اندر سخن گرم ِ رایکه ناگه به گوش آمد آواز پای
Zənciylə mən şirin söhbətdə ikənAyaq tappıltısı eşitdik birdən.
ز جا جستم و در خزیدم به کنجگهی خار در خاطرم گه ترنج
Mən qalxıb gizləndim dərhal bir küncdə,Fikrim gah tikanda, gah da türüncdə.
درآمد سیهچهرهای چون زگالبه پشت اندر آورده یک پشته مال
Qapqara bir adam girdi o anda,Həmin bağlama da onun dalında.
نهادش به سختی ز گردن به زیربر و گردنی سخت چون تند شیر
Yükü çətinliklə endirdi yerə,Yaman qüvvətliydi, bənzərdi şirə.
از آن پیش کان پشته را باز کردیکی نیمه زان شوربا باز خورد
Hələ bağlı yükü töküb açmadanBir qədər yedi o, hazır şorbadan.
نگه کرد همزاد او خفته بودهمان کرد با او که او گفته بود
Yoldaşı yatmışdı. Getdi yanına,Onun dediyini bu etdi ona:
بزد تیغ پولاد بر گردنشسرش را بیفکند در دامنش
Polad qılıncını ona əndərdi,Bir anda leşini torpağa sərdi.
من از بیم از آنان که افتم ز پایدگرباره خود را گرفتم بجای
Qorxudan canıma düşdü vəlvələ,Özümü birtəhər tez aldım ələ.
چو زنگی سر یار خود را بریدتنش را به خنجر ز هم بردرید
O kəsib başını, qalxdı ayağa,Durdu bədənini şaqqalamağa.
یکی نیمه در بست و بر زد به دوشبرون رفت و من مانده بیعقل و هوش
Bir şaqqa götürüb çıxdı o yerdən,Bu zaman huşumu itirmişdim mən.
پس از مدتی کان برآمد درازنگه کردم آمد دگر باره باز
Aradan keçincə bir xeyli müddət,Gördüm ki, qayıdıb gəldi, nəhayət.
دگر نیمه را همچنان کرد خردبه آیین پیشینه دربست و برد
O biri şaqqanı alıb bu səfər,Düzəldi yoluna yenə o təhər,
چو دیدم که هنجار او دور بودشب از جمله شبهای دیجور بود
Bildim ki, o uzaq bir yerə gedir,Gecə də qaranlıq, tutqun gecədir.
بدان گنج، پویان شدم چون عقابسوی پشتهٔ مال کردم شتاب
Qartaltək yerimdən şığıdım o an.Cumdum xəzinəyə sarı durmadan.
به پشت اندر آوردم آن پشته راچو زنگی دگر زنگی کشته را
Zənci o meyidi alıb gedəndəAldım xəzinəni çiynimə mən də.
وزان شوربا ساغری گرمجوشربودم سوی خانه رفتم خموش
Bir kasa doldurub hazır şorbadan,Oldum evə sarı yoluma rəvan.
چنان آمدم سوی ایوان خویشکه جز دولتم کس نیفتاد پیش
Mən elə gəldim ki, bəxtimdən qeyriKimsənin olmadı bundan xəbəri.
چو در خانه رفتم به نیروی بختنهادم ز دل بار و از پشت رخت
Bəxtim kömək oldu, evimə çatdım,Yükümlə dərdi də çiynimdən atdım.
به گوش آمد آواز نوزاد منوزان شادتر شد دل شاد من
Gəldi qulağıma bir çağa səsi,Artdı şad könlümün qat-qat nəşəsi.
به زن دادم آن شوربا را بخوَردپس از صبر کردن بسی شکر کرد
Verdim, alıb yedi şorbanı arvad,Təşəkkür elədi, könlü oldu şad...
ز فرزند فرخنده دادم خبرپسر بود و باشد پسر تاج سر
Arvada dedim ki: "Bəxtim oğlandır,Oğlan, doğrudan da, baş ucaldandır!"
گشادم گره رخت سربسته رابه مرهم رساندم دل خسته را
Həmin bağlamanı o saat açdım,Bu xəstə könlümə nəşələr saçdım.
چه دیدم؟ یکی گنج کانی در اوز یاقوت و زر هر چه دانی در او
Gördüm ki, xəzinə dolu bir mədən,Tamam yaqut, qızıl, - boldu nə desən.
به گنجی چنان، کان ِگوهر شدموزان شب چو دریا توانگر شدم
Döndüm bir mədənə o xəzinədən,Dəniztək varlandım bir gecədə mən.
به فرزند فرخ دلم شاد گشتکه با گوهر و گنج همزاد گشت
Oğlumun bəxtindən könlüm şad oldu,Çünki xəzinəylə birgə doğuldu.
همه مال من زان شب آمد پدیدکه شب با گهر بُد گهر با کلید
Oldum o gecədən varlı, bəxtiyar,Çünki həm xəzinə tapdım, həm açar"
چنین بود گوینده را سرگذشتسخن کامد آنجا ورق در نوشت
Bütün sərgüzəşti burada bitdi,Sözünü qurtarıb o, sükut etdi.
شه از وقت مولود فرزند اوخبر جُست و از حال پیوند او
Şah sordu: "Hansı gün doğulub oğlan?Arvadın hamilə olub nə zaman?"
شد آن گوهری مرد و از جای خویشنمودار آن طالع آورد پیش
Çörəkçi tez gedib evinə dəydi,Gətirdi padşaha etdiyi qeydi.
شه آن نسخه را هم بدانسان که بودبه والیس دانا فرستاد زود
Həmin vərəqəni alıb şah isəGöndərib tapşırdı alim Valisə:
که احوال این طالع از هر چه هستچنان کن که ز اختر آری به دست
"Uşağın bəxtini ulduzlardan sən,Çalış, tədqiq elə, tezliklə öyrən.
بد و نیک او را نهانی بجویچو یابی نهان آشکارا بگوی
Onun yaxşı-yaman bəxtini axtar.Öyrəndikdən sonra de mənə aşkar."
چو آمد به والیس فرمان شاهسوی اختران کرد نیکو نگاه
Valis bu fərmanı alıb, bir müddətGöydə ulduzlara eylədi diqqət.
نظر کردن هر یکی بازجُستشد احوال پوشیده بر وی درست
Görüb ulduzların göydə seyrini,Gizlin əhvalatın bildi sirrini.
نبشت و فرستاد از آنجا که دیدنه ز آنجا که از کس حکایت شنید
Yazdı İskəndərə öz gördüyünü.Qulaq deyəni yox, göz gördüyünü.
چو شه نامهٔ حکم والیس خوانددر آن حکمنامه شگفتی بماند
Valisdən məktubu aldığı zamanYazdığı şeylərə şah qaldı heyran.
نمودار طالع چنان کرده بوداز آن نقشها کز پس پرده بود
Pərdə ardındakı o nəqşələrdənBelə danışırdı tale göstərən:
که این بانوا نانوا زادهایستکه از نور دولت نوادادهایست
"Bu, bir çörəkçidən olmuş uşaqdırKi, dövlət nuruyla parlayacaqdır.
به بیبرگی از مادر انداختهچو زاده، فلک برگ او ساخته
O körpə anadan lüt doğulsa da,Var-dövlət sahibi olmuş dünyada.
پدر گشته فرّخ ز پرواز اوتوانگر ز پیروزی راز او
Atası oğlunun xoşbəxtliyindənVarlanıb dövlətli olacaq birdən.
همانا که چون زاده باشد بجاینهاده بوَد بر سر گنج پای
Taleyi belədir, uşaq doğulcaqXəzinə üstünə basacaq ayaq.."
ز غیرت شه آمد چو دریا به جوشلُطُف کرد با مرد گوهرفروش
Şahı sarsıtmışdı bu söz, bu söhbət,O gövhər satana etdi mərhəmət.
پس آنگاه بسیار بنواختشیکی از ندیمان خود ساختش
Onu əzizləyib elə o gündən.Elədi ən yaxın nədimlərimdən.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-iqbalname-13
Use ← → keys to move, R for a random poem
More by this author
Worn out at length, he sank upon the ground,And there in tears the mournful youth is found
Layla and Majnun, chapter 17Restored to home again, he dreads to meetHis father's frowns, and bends to kiss his feet;
Layla and Majnun, chapter 18—A partridge seized an ant, resolved to killThe feeble creature with his horny bill;
Layla and Majnun, chapter 19Lailí in beauty, softness, grace,Surpassed the loveliest of her race;
Poems by other poets
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
DüşdümNeyləmişdim, yarəb, həqq dərgəhində,Xəstə olub müdam, cahanə düşdüm.
Bu çöldə, bacı, möhnəti-hicran sənin olsunBu çöldə, bacı, möhnəti-hicran sənin olsun,Ağlar göz ilə zülfi-pərişan sənin olsun.