Iqbalnama, chapter 14
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
مغنی بر آهنگ خود ساز گیریکی پرده ز آهنگ خود بازگیر
Müğənni, sazını ələ alsana,Xoşahəng nəğməndən bizə çalsana!
که ما را سر پردهٔ تنگ نیستبجز پی فراخی در آهنگ نیست
Dar pərdə dinləmək istəmirik biz,Genişdir, yüksəkdir öz ahəngimiz.
به هر مدتی فیلسوفان رومفراهم شدندی ز هر مرز و بوم
Rumlu filosoflar sözləşib hərdən,Yığılıb gələrdi hərə bir yerdən.
بر آراستندی به فرهنگ و رایسخنهای دلپرور ِ جانفزای
Onlar hər elmdən söhbət açardı,Hikmətli sözləri şəfəq saçardı.
کسی را که حجت قویتر شدیبه حجت بر آن سروران سر شدی
Kim yaxşı etsəydi sözünü isbat,Başlılar başçısı olardı o zat.
در آن داوری هرمس تیز مغزبهحق گفتن اندیشهای داشت نغز
Hürmüz adlı alim haqq danışmaqdaGedərdi hamıdan daim qabaqda.
ز هر کس که او حجتی بیش داشتسخنهای او پرورش بیش داشت
Çox möhkəm olardı onun dəlili,Qane eləyərdi hamını dili.
ز بس گفتن راز روحانیانبر او رشک بردند یونانیان
Bir çox ruhanini faş etdiyindən,Oldu yunanlılar onunla düşmən.
به هم جمع گشتند هفتاد تنبه انکار او ساختند انجمن
Bir gün yetmiş alim çıxardı qərar,Onun hər sözünü etsinlər inkar:
که هرچه او بگوید بدو نگرویمسخن گرچه زیبا بوَد نشنویم
"Hürmüz nə söyləsə, razı olmayaq,Doğru sözlərinə asmayaq qulaq.
تغیّر دهیمش به انکار خویشبه انکار نتوان سخن برد پیش
Onu yerli-dibli eyləyək inkar..."İnkarla haqq sözü danmaqmı olar?
چنان عهد بستند با یکدگرکه چون هرمس از کان برآرد گهر
Hamısı söz qoyub əhd elədilər,Hürmüz çıxardıqca mədəndən gövhər,
ز دریای او آبریزی کنندبرآن گنجدان خاکبیزی کنند
Qiymətdən salsınlar söz dənizini,Torpaqla örtsünlər xəzinəsini.
به حق گفتنش درنیارند هوشبگیرند از انکار گوینده گوش
Hər doğru sözünə yalan desinlər,Onun haqq sözünü eşitməsinlər...
چو هرمس سخن گفتن آغاز کرددر دانش ایزدی باز کرد
Hürmüz söz bəhrindən gövhər saçanda,Elmi-ilahidən söhbət açanda,
به هر نکتهای حجتی باز بستکه چون نور در دیده و دل نشست
Hər sözə dəlillər gətirib ustad,Hər şeyi aydınca etdikcə isbat,
ندید آن سخن را بر ایشان پسندجز انکار کردن به بانگ بلند
Gördü ki, onlara heç etmir bu kar,Hər şeyi hay-küylə edirlər inkar.
دگر باره گنجینهٔ نو گشاداساسی دگرگونه از نو نهاد
Başqa bir xəzinə çıxartdı üzə,Yeni dəlillərlə başladı sözə.
بیانی چنان روشن و دلپذیرکه در دل نه، در سنگ شد جایگیر
Gətirdiyi dəlil, dediyi fikirQəlbə yox, daşa da edərdi təsir.
دگر ره ندید آن سخن را شکوهبه انکار خود دیدشان همگروه
Yenə də sözünü təsirsiz görcək,Bildi ki, burda var yəqin, bir kələk.
سوم باره از رای مشکل گشاینمود آنچه باشد حقیقت نمای
Üçüncü dəfə də müşküllər açanDiliylə haqq sözü eylədi bəyan.
سخنهای زیبندهٔ دلنوازبر ایشان فرو خواند فصلی دراز
Qəlbə fərəh verən gözəl sözlərdənOnlara söylədi nə qədər desən.
ز جنباندن بانگ چندان جرسسری در سماعش نجنباند کس
Bu qədər çaldığı zəngin səsinəHeç biri etina etmədi yenə.
چو گوینده عاجز شد از گفت خویشزبان گشته حیران، گلو گشته ریش
Daha danışmaqdan taqətsiz oldu,Boğazı qurudu, dili tutuldu.
خبر داشت کز راه نابخردیستیزند با حجت ایزدی
Bildi ki, həriflər tərs davranırlar.Aydın dəlilləri qəsdən danırlar.
چو در کس ز جنبش نشانی نیافتبجنبید و روی از رقیبان بتافت
Görməyib onlarda heç bir hərəkət,Üzünü döndərib elədi nifrət.
بر ایشان یکی بانگ برزد که «هایمجنبید کس تا قیامت ز جای»
Qışqırdı onlara hiddətlənərək:"Qalın yerinizdə qiyamətədək!"
همان لحظه برجای هفتاد مردز جنبش فتادند و گشتند سرد
Bir anın içində o yetmiş nəfərQalıb hərəkətdən buza döndülər.
چو در پردهٔ راست کج باختنداز این پردهشان رخت پرداختند
Başları su kimi ayağa düşdü,Donmuş bədənləri torpağa düşdü.
سرافکنده چون آب در پای خویشز سردی فسردند بر جای خویش
Düz pərdədə əyri çaldıqlarındanPərdənin dalında oldular nihan.
سکندر چو زین حالت آگاه گشتچو انجم بر آن انجمن بر گذشت
Həmin əhvalatdan tutanda xəbərUlduztək parladı orda İskəndər.
از آن بیشه سرو با بوی مشکیکی سرو تَر مانده، هفتاد خشک
O sərv meşəsində gördü ki, ancaqYetmişi quruyub, biri qalıb sağ.
بپرسید و هرمس بدو گفت رازکه همّت در ِ آسمان کرد باز
Hürmüzdən soruşdu, o etdi bəyan:"Hümmətim kəşf etdi, - dedi, - asiman!
سکندر بر او آفرینساز گشتوز آنجا به درگاه خود بازگشت
İskəndər "afərin" söyləyib ona,Ordan tez qayıtdı öz dərgahına.,
به خلوت چو بنشست با هر کسیازان داستان داستان زد بسی
Hər kəsə, xəlvətdə, düşəndə fürsət,Ona bu dastandan edərdi söhbət:
که هرمس به طوفان هفتاد کسبه موجی همیماند و هفتاد خس
"Yetmişlər başladı tufan salmağa,Özləri çöp oldu, Hürmüzsə dalğa."
گروهیش کز حق گرفتند گوشبمردند چون یافه کردند هوش
Haqqı eşitməsə hər kəs dünyadaÖmrünü kül edib verəcək bada.
ز پوشیدن درس آموزگارکفن بین که پوشیدشان روزگار
Ustadın dərsini kim etsə inkar,Onlartək kəfənə tutacaq ruzgar.
بیانی که باشد به حجت قویز نافرخی باشد ار نشنوی
Dəlili qüvvətli olan bir sözüQanmaq istəməyən bədbəxtdir özü.
دری را که او تاج تارک بودزدن بر زمین نامبارک بود
Taca layiq dürrü yerlərə vuranİdraksız, şüursuz nadandır, nadan!
هنر نیست روی از هنر تافتنشقایق دریدن خشن بافتن
Hünərə göz yummaq deyildir hünər.Hansı bir ağıllı tülə bez deyər?
خردمند را چون مدارا کنیهنرهای خویش آشکارا کنی
Alimlə xoş rəftar etsən əgər sən,Özün öz elmini aşkar edərsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-iqbalname-14
Use ← → keys to move, R for a random poem
More by this author
چو عالم برزد آن زرینعلم راکز او تاراج باشد خیل غم را
Khosrow and Shirin, chapter 68چو خسرو دید ماه خرگهی راچمن کرد از دل آن سرو سهی را
Khosrow and Shirin, chapter 69جوابش داد سرو لالهرخسارکه دایم باد دولت بر جهاندار
Khosrow and Shirin, chapter 70دگر باره جهاندار از سر مهربه گلرخ گفت کاِی سرو سمنچهر
Poems by other poets
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Qəzəl: Mehri-hüsnündən təcəlli edəli ənvari-eşqMehri-hüsnündən təcəlli edəli ənvari-eşq,Zahir oldu gün kimi hər zərrədən asari-eşq
ArtıxdıBaşı aşağa gedən dilbər,Boyun cincardan artıxdı,
GördümGəncənin Şəmkir elində,Bu gün bir novcavan gördüm.