Mehri-hüsnündən təcəlli edəli ənvari-eşq,Zahir oldu gün kimi hər zərrədən asari-eşq

Dönə-dönə yanmadan pərvası yox pərvanənin,Şəm'i-bəzmarayi-ruxsarın salmışdır nari-eşq

Tazə-tazə dağlarla cismimi zeyn eyləyib,Eylədim üşşaqə bu viranəni gülzari-eşq

Mənzili darı-fənadır, dilbəra, Mənsurvəş,Bir sərimu ki zülfündən aça əsrari-eşq

Gülşəni-aləmdə dəydi saqlağı bülbüllərin,Söylədən Nitqiya sən şövqilə güftari-eşq

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love