Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil

Ey üzü gül, sahibi-sünbül, fikri-ləlinlə müdam,Ruzi-şəb meyxanədə zövq ü səfa əksik dəyil

Ey təbibim, dərd dir aləmdə məqsudum mənim,Dövləti-vəslinlə gərçi kim dəva əksik dəyil

Bən sənin kimi nigarı qanda bulam bir daxi,Bin mənim kimi gəda, şahım, sənə əksik dəyil

Gördümmü ol pürcəfadan Nitqiya hərgiz vəfa,Haddən artıq, lik, ənvayi-cəfa əksik dəyil

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love