Sevgilim
Mən öz əski sevgilimi tanıram,O Misirdə qızıllanmış heykəldir.O vaxtilə bir insan tək fanikən,İndi bu gün ölüm bilməz gözəldir.
Onun xumar, iri siyah gözündə,Səhralarda yatan günün nuru var.O, füsunkar, nadir gözəl çiçəkdir,Ancaq Nilin kənarında gül açar.
Onun əyri, kaman kimi qaşları,Gözəl qaşdan nümunəvi bir qaşdır,O, sənətin telişli bir löhündə,Qızıl rəngli, ağır qiymət bir daşdır.
Onun qalın dodağında atəşin,Busələrin rəngi hələ solmamış,Söndürməmiş isti, quru vahədə,Onun güllü baharını qar və qış.
Neçə min il əvvəl, zümrüd qəsrdə,Büsat qurub, şamdanları yaxarmış,Zalım qeyzli bir fironu bəklərkən,Pəncərəni açar, Nilə baxarmış.
Bilsəm hansı aşiq onun əlindən,Qızıl camda içmiş eşqin badəsin,Bilsəm hansı xoşbəxt aydın gecələr,Uzaqlardan duymuş onun şən səsin...
Bilsəm hansı Yusif onun saçların,Yelpik çalıb, yavaş-yavaş oxşayıb,Bilsəm onun xülyaların, əsrarın,Bilsəm kimlər o xülyada yaşayıb.
Mən öz əski sevgilimi tanıram,O, qızıldan tökmə gözəl heykəldir!Bir ulduzdur, əbədiyyət göyündə,Şah əsərdir, həm də lətafəzəldir...
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-sevgilim
Use ← → keys to move, R for a random poem
More by this author
Günlərin bir günündə ey qara zənci,Palmalar altında rəqs edərdin sən.
Həyatda ümidÜmid əgər bu qaranlıq cahanda olmazsa,Kim axtarardı həyatın şəfəqli çeşməsini?
Tehranın yay gecələrindəGecədir... Yay gecəsi,Hava tutqun və cəhənnəm kimi yerə şölə saçır,
Yağmasan da guruldaI**Axma irmaq, mən də sənə yoldaşam,