Ey yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbərHurimisən, pərimisənMələkmisən, nəsən dilbər

Süd tək hər yana axubanCanım odlara yaxubanRəqib sözünə baxubanİltifatın kəsən dilbər

Qaşların yayı qurmaKirpik oxun cana vurmaGəl yarı ey zülfü burmaAşiqindən küsən dilbər

Nurs dir qıyma canımaRəhm ilə gəl əfğanımaBarışalım gəl yanımaNə mən dinəm nə sən dilbər

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love