Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.Aşiqəm yuz min bəlayə "əlbəla-ul-livəla","Qəd ənarəl-eşqə lil uşşaqi-minhacəl huda,Saliki-rahi həqiqət eşqə eylər iqtida".
Fükri-zikrim dəmbədəm hərfu kəlami-eşqdir,Eyləyən sərxoş məni hər dəmdə cami-eşqdir,Aşiqi-sadiq cahan icrə imami-eşqdir,"Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdirKim, muşəxxəs olmaz ol vadidə sultandan gəda".
Sərxoşam cami-məhəbbətdən, ayə, qovmi-zəlam,Badeyi-eşq aşiqə huşyarlıq eylər həram,Şövqu zövqu eşqi-canan aşiqə olmuş həram,"Eşqdir ol nəşəyi-kamil kim, ondandır mudam,Meydə təşviqi-hərarət, neydə təsiri-səda"
Ey deyən hər dəm mənə, sidqi-iradət tərkin et,Eşqə, gəl qoyma qədəm, rahi-səlamət tərkin et,Hər iki dunyadə sən rahi-səadət tərkin et,"Ey ki, əhli-eşqə soylərsən: məlamət tərkin et,Sğylə kim, mümkünmüdür toğyiri-təqdiri-xuda?"
Mərhəba kuyi-məhəbbətdə sucudi-aşiqə,Qıl nəzər ruzi-qiyamətdə numudi-aşiqə,Tənə qılma, baş verib cananə cudi-aşiqə,"Eşq kilki cəkdi xət hərfi-vucudi-aşiqəKim, ola, sabit həqq isbatında nəfyi-maəda".
Əlqərəz, mehru vəfadır xəstə dilər mərhəmi,Mən kənar etməm qədəm rahi-məhəbbətdən dəmi,Olmuşam mən sakinani-kuyi-eşqin həmdəmi,"Eyləməz xəlvətsərayi-sirri-vəhdət mərhəmiAşiqi məşuqdan, məşuqi aşiqdən cuda".
Ey könül, rəncu ənasir zövq buldun eşqdən,Aşiqi-həqsən, cəfasız zövq buldun eşqdən,Fəxr qıl, Novrəs, bəhasız zövq buldun eşqdən,"Ey Fuzuli, intəhasız zövq buldun eşqdən,Böylədir hər iş ki, həqq adilə qılsan ibtida".
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-men-hebibi-pakizadem-ey-gunuhi-eskiya
More by this author
Könlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.
Məni-bimarə müddətdir olub yaği qara gözlərMəni-bimarə müddətdir olub yaği qara gözlər,Könüldə tari-mujganın qalıb baqi, qara gözlər.
DilbərEy yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbər
Mən oldumÇərxin yaman gərdişindənƏcəb sərgərdan mən oldum