Ey günəş cəmallım, sən nə gözəlsən,İstərsən ki, tənə aya qılasan.Ahu gözlüm, hər bir qiya baxanda,Bir örkü salırsan, ay aqiləsən.

Şanə salır hərdən zülf əra zini,Demək istər məgər zülfə razini,Çəkdirə-çəkdirə zülf ərazini,Döndəribsən məni, aya, qila sən.

Çəkilir sürmələr, qaralı gözlər,Alır məndən səbri qaralı gözlər,Yoluna baxmaqdan qaralı gözlər,Gəl indi bir quru ayaq ilə sən.

Qəmzən qılınc çəkib budar da məni,Başın üçün, qoyma bu darda məni,Yetir mətlubuma bu dərdə məni,Bir busə ləbindən aya qılasən.

Xoş keçir bizimlə sən həm dəmisən,Eylə bu dərdimə sən həmdəmi sən,Şikəstə Vaqifin sən həmdəmisən,Danışma, sevdiyim, a yağilə sən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love