Alı sən
Gözəl boylu, gözəl xoylu, gözəl yar,Nə gözəlsən, geyinibsən alı sən.Gözəl gözün hərdən qıya baxanda,Gözəl canı gözəl təndən alısan.
Gözəl qamət, gözəl gərdən, gözəl üz,Gözəl olmaz sən tək, olsa gözəl yüz,Gözəl canı munca yetər, gözəl, üz,Gözəl deyil, etmə, gözəl, alı sən.
Gözəl durub, gözəl gəzib, gözəl bax,Gözəl kəlbəm, sal boynuma gözəl bağ.Gözəl seyrü kəşt eyləyib gözəl bağ,Gözəl, dər budaqdan gözəl alı sən.
Gözəl saqi, gözəl tutub, gözəl kəs,Gözəl doğra kəbab bağrım, gözəl kəs,Gözəl canan, gözəl adam, gözəl kəs,Bir gözəl kimsənin gözəl alısən.
Gözəl qapındadır, gözəl hey dərin,Gözəl sev demişəm gözəl hey, dərin,Gözəl, Vaqif qulun, gözəl Heydərin,Gözəl, yetiş dadə, gözəl Alı sən.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-ali-sen
Use ← → keys to move, R for a random poem
More by this author
Sərasər bir yerə yığılsa xublar,Sənin bir muyinə tay ola bilməz.
AğlayırQasid, tezcə yardan gətir bir xəbər,Ol gülü-xəndanım neçün ağlayır?
AyrıldıqXeyli vaxtdır ayrılmışıq yar ilən,Gördük, amma tanışmadıq, ayrıldıq.
AşiqəmBir əndamı nəsrin, dodağı qönçə,Bir qaməti gülbün yara aşiqəm.
Poems by other poets
Görək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Kim ki, ürəyinə arxalanmasaZərli albomunu açıb təbiət,Göstərir ecazkar lövhələrini.
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə