Zərli albomunu açıb təbiət,Göstərir ecazkar lövhələrini.Bu zaman hiss edib bir yeni qüvvət,Açaraq könlümün can dəftərini.Dalıram xilqətin dilbər seyrinə,Lakin yurdumuzun gözəlliyinəÇatmayır şerimin rəngi, boyası.Deyirəm: – Çətindir şeir dünyası.Tərk et mənliyimi, ey ilham pərim.Gəzmə şeir – sənət gülzarında sən.Boş yerə axmasın qoy alın tərim,Başqa bir yol seçim bu dünyada mən.Ürəyim dil açıb deyir: – Qulaq as!Sən mənə bağlısan, gəl batma yasa.Bil ki, o adamdan sənətkar olmaz,Əgər ürəyinə arxalanmasa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets