Ey güli-xəndan, fəraqından sənin qan ağlaram
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey güli-xəndan, fəraqından sənin qan ağlaram,Eylərəm şamü səhər çaki giriban ağlaram.
Gedəli zülfün əlimdən, piçü tabə düşmüşəm,Dönmüşəm bir muyə, çox halı pərişan ağlaram.
Gəl kim, ey lalə zənəxdanın, kəbab etdi məni,Od düşübdür cismimə, hərdəm yanar can, ağlaram.
Yadıma hər bir düşəndə ol siyah kirpiklərin,Sanasan ki, sancılar bağrıma peykan, ağlaram.
Maqta — the closing couplet bearing the poet’s pen name. Yaxşı həmdəm olmasa şad olmaq olmaz, Vaqifa,Ağlaram ta ömrüm olduqca firavan, ağlaram.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-ey-guli-xendan-feraqindan-senin-qan-aglaram
Use ← → keys to move, R for a random poem
More by this author
Ey huri liqalım, mələk simalım,Gözəllikdə olmaz kimsə sən kimi!
EvindəDuruban eşqilə güzar eylədim,Bir pərinin oldum mehman evində.
EyləyəmHarda gördüm bir şux, kaman qaşlını,İstərəm canımı qurban eyləyəm.
Təzkireyi-NəvvabEy Vidadi, yenə xan qulluğunda,Qaim olub, nə qiyamət eylərsən?
Poems by other poets · Love
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
اگر بخواهد جانم بجای دل جانانبجان جانان گر زو دریغ دارم جان
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.