Saçına uymuş xəyalım çünki ənbərbu kimi,Ol səbəbdən incəlib qəddim olubdur mu kimi.

Ola ki, timsalıma bir baxa şəhla gözlülər,Ey müsəvvir, çək mənim təsvirimi əbru kimi.

Handa kim, bir gərdəni-siminü gül əndam ola,Bilmənəm kim, nə edim, məndən qaçarlar qu kimi.

Öz xoşumla mən əsiri-qəmzə olmazdım, vəliSehrə saldı ol xumar gözlər məni cadu kimi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Vaqifəm, yoxdur mənə çahi-zənəxdandan nicat,Göstərir əhvalımı aydın üzün güzgu kimi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets