Gədə, mən qurban olum qaşları kaman bacına,Belə bir şux baxan kirpiyi peykan bacına,Məməsi misli-şəkər, gözləri ceyran bacına,Dişi dür, ağzı sədəf, ləbləri mərcan bacına,Məst damənkəşü xəndanü xuraman bacına.

Maşallah ki, əcəb hüsnü cəmal sahibidir,Qəbqəbü zülfü zənəxdan, xətü xal sahibidir,Özü bir afəti-can, qəmzəsi qal sahibidir,Gün kimi neməti-xubluqda kamal sahibidir,Bizi bir çaştə qonaq etsə, nə nöqsan bacına?

Görmüşəm gözlərini – nərgisi-məstanə kimi,Gecə-gündüz gəzərəm çölləri divanə kimi,Ələ düşsə, dönərəm başına pərvanə kimi,Parə-parə ciyərim eyləmişəm şanə kimi,İstərəm sarmaşam ol zülfü pərişan bacına.

İltimas et ki, ona bəsdir, a zalim, bu qədər,Bir əzizəm, məni incitməsin, Allahı sevər,Qorxuram ahə düşə; eyləsin, əlbəttə, həzər,Bitəkəllüf sizə çox-çox gəlibən getsəm əgər,Məni mən eyləmə kim, aşiqəm, oğlan, bacına.

Gedibən əqlü huşum, namusü arım kəsilib,Olmuşam maili-mey rahi-güzarım kəsilib,Xubların rövzeyi-kuyində mədarım kəsilib,Vaqifəm, onun üçün səbrü qərarım kəsilib,Olmuşam, ərz eləyim, valehü heyran bacına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love