Aldı canım naz ilə ol gözləri şəhla pəri
Aldı canım naz ilə ol gözləri şəhla pəri,Ləbləri püstə, yanağı laleyi-həmra pəri,Cismi gül, başdan ayağa qaməti rəna pəri,Sərvdən yeyrək, sənubərdən dəxi bala pəri,Yavru laçın gözlü, topğun sinəli sona pəri.
Gözləri məstan, sürahi tək çəkilmiş gərdəni,Qara zülfü müşkü ənbər, ağ bədən gül xərməni.Saçları reyhan qoxulu, qoynu cənnət gülşəni,Ləbləri kövsər məkanı, ağzı şəkkər mədəni,Sözü şirin, özü amma xosrovü əla pəri.
Al geyib əlvan ləçək örtər, gülabəfşan çıxar,Sanasan, bürci-fələkdən bir mahi-taban çıxar,Seyrinə aləm sərasər hər tərəf, hər yan çıxar,Əql uçar başdan, ürək oynar, cəsəddən can çıxar,Göz ucuyla hər kimə eylər nihan ima pəri!
Ey mənim mahım, sənə bu şəhr, bu ellər fəda!Basdığın torpağa hərdəm, lalələr, güllər fəda!Saçının hər muyinə yüz saçı sünbüllər fəda!Ləhceyi-göftarına gülşəndə bülbüllər fəda!Qaşının bir tağinə qurban iki dünya, pəri.
Vaqifəm, canım sənə hərdəm fədalər eylərəm,Ah çəkib hicrində qarğu tək sədalər eylərəm,Dərgahində kəlbinə çox ilticalər eylərəm,Gecə-gündüz ömrünə xeyrü düalər eylərəm,Saxlasın dəhrin bəlasından səni mövla, pəri!
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-aldi-canim-naz-ile-ol-gozleri-sehla-peri
Use ← → keys to move, R for a random poem
More by this author
Vəh, bu bağın nə əcəb sərvi dilaraları varHər tərəf tazə açılmış güli-rənaları var,
Üzündən ol günəş rüxsar ta məcər çəkib durmuşÜzündən ol günəş rüxsar ta məcər çəkib durmuş,Özün bir guşəyə ondan məhi-ənvər çəkib durmuş,
Tuba boylum, qamətindi sərvü ərərdən gözəlTuba boylum, qamətindi sərvü-ərərdən gözəl,Gül üzün yanında zülfün sünbüli-tərdən gözəl,
Əzəldən biz də bir şəkər ləbi sevdik sevənlər təkƏzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək,Olub risva ağızdan-ağıza düşdük süxənlər tək.