Vəh, bu bağın nə əcəb sərvi dilaraları var
Vəh, bu bağın nə əcəb sərvi dilaraları varHər tərəf tazə açılmış güli-rənaları var,Qönçeyi-nərgisi-tər laleyi-həmraları var,Yəni Tiflisin əcəb dilbəri-zibaları var,Ey könül, seyr elə kim, türfə tamaşaları var.
Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin,Yığılıbdır ona cəmiyyəti huri pərinin,Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin,Filməsəl, şəklü şəmayildə, bəli, hər birininMəhi-tabanə bərabər sərü simaları var.
Ol qədərdir büti-nazikbədənü incəmiyan,Eyləmək olmaz onun sanını məlumi əyan,Hər biri nazü nəzakət ilə min afəti-can,Cümlə bir cilvədə, bir şivədə, xoş sərvi-rəvan,Məst tavus kimi gərdəni – minaları var.
Üzləri pərtövi-mehri-cahanara kimidir,Səfheyi-sinələri simi-müsəffa kimidir,Ləzzəti-ləhcələri nitqi-məsiha kimidir,Əlləri möcüzeyi-həzrəti-Musa kimidir,Dilrübalıqda əcayib yədi-beyzaları var.
Ala gözlər süzülüb nərgisi-sirabə dönüb,Ağ qabaqda xəmi-əbruləri mehrabə dönüb,Qönçə tək ləblərinin rəngi meyi-nabə dönüb,Tökülüb gərdənə tellər ucu qüllabə dönüb,Sona cıqqası kimi zülfi-mütərraları var.
Nə qədər varisə buxaqü zənəxdanü yanaq,Tazə gül yarpağı tək qırmızıdır nazikü ağ,Bir-birindən götürüb şöləsini misli-çirağ,Görməyib kimsə belə qaşü gözü dişü dodaq,Özgə babət sifətü surətü əzaları var.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-veh-bu-bagin-ne-eceb-servi-dilaralari-var
Use ← → keys to move, R for a random poem
More by this author
Üzündən ol günəş rüxsar ta məcər çəkib durmuş,Özün bir guşəyə ondan məhi-ənvər çəkib durmuş,
Tuba boylum, qamətindi sərvü ərərdən gözəlTuba boylum, qamətindi sərvü-ərərdən gözəl,Gül üzün yanında zülfün sünbüli-tərdən gözəl,
Əzəldən biz də bir şəkər ləbi sevdik sevənlər təkƏzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək,Olub risva ağızdan-ağıza düşdük süxənlər tək.
Hər səhər bad əsər, arızı-cananə dəyərHər səhər bad əsər, arizi-cananə dəyər,Toxunur sərvə gəhi, gah gülüstanə dəyər.